slide

Viktor Hüqo

Viktor-Mari Hüqo ( Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885 Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri.

Adı Tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilib.

 

Həyatı

Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər"(Les Misérables, epopeya) və "Notrdam Kilsəsnin Qozbeli"(Notre Dame de Paris), "Edama Məhkumun Son Günü" romanlarıdır.

  • "Səfillər" əsərindən

Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.

Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.

Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

Əsərləri

  • "İsland Han" (1823) ilk romanı
  • "Yeni mədhiyyələr" şeirlər toplusu (1824)
  • "Büq-Jarqal" (1826) povesti
  • "Kromvel" (1827) dramı
  • "Mədhiyyə və balladalar" (1828)
  • "Şərq poemaları" (1829)
  • "Marion de Lorm" (1829) dramı
  • "Ernani"(1829) dramı
  • "Gənc Fransa" inqilabının himni olacaq mədhiyyə (1830)
  • " Notrdam Kilsəsnin Qozbeli " (1831) romanı
  • "Kral əylənir" (1832) dramı
  • " Edama Məhkumun Son Günü " (Le dernier jour d’un condamné) (1832) povesti
  • "Klod Qö" (1834) povesti
  • "İşıq və kölgə" (1840) şerlər toplusu
  • "Bir cinayətin tarixi" (1852)
  • "Cəzalar" (Les Châtiments) (1853)
  • "Düşüncələr" poetik avtobioqrafiyası (1856)
  • "Əsrlərin əfsanəsi" tarixi poeması (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur)
  • "Səfillər" roman-epopeyası (1852-1862)
  • "Vilyam Şekspir" (1864)
  • "Küçə və meşələrin nəğmələri" (1865)
  • "Dəniz zəhmətkeşləri" (1866)
  • "Gülən insan" (1869) romanı
  • "93-cü il" (1874) romanı

Kozetta
Viktor Hüqo
5.00 AZN / 4 AZN - 20%
Sifariş et
Səfillər
Viktor Hüqo
15.00 AZN / 12 AZN - 20%
Sifariş et

1