Dumanlı Qitələr Atlası

Məhsul kodu: 10423

  • 9 AZN
  • 7.2 AZN


Müəllif
İhsan Oktay Anar
Kateqoriya
Proza
Nəşriyyat
Fabula
Səhifə
260
Tərcümə
İmanyar Quliyev
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Dumanlı qitələr atlası” romanı bir dövrün, bir neçə obrazda simvolizə edilən insan həyatının, girift hadisələrin və dolambaclı talelərin bir yumağıdır, sirlərlə dolu bir yumağı. Əsərin nağılvari fantastik üslubunda və rəvayətləri xatırladan hadisələrində bir gerçəklik gizlənib. Kimisinə görə, bu, xeyirlə şərin sonsuz mübarizəsidir, kiminə görə isə, “Düşünürəmsə, demək, varam” fəlsəfəsinin romanvari yozumu…
Hadisələr pazlın parçaları kimi səpələnib və yazıçı məharəti ilə bir-bir yerinə oturdulub, ilmə-ilmə toxunub… Əsər həm tarixi roman, həm fantastik nağıl, həm sirli rəvayət təsiri bağışlayır. Romanda əksini tapan tarixə qarışmış nağıl və nağıla qarışmış tarix, o cümlədən, müəllifin əsər qədər əsrarəngiz təhkiyəsi oxucunu həm heyrətə gətirir, həm təəccübləndirir, həm də qorxudur… Həramilərlə, paktinət və bədxislət insanlarla, əcaib-qəraib hadisələrlə dolu dünyada irəliləyən süjet “karvanı” insanı özünün ardınca dartıb aparır və sona qədər sirrə agah olmaq istəyi yaxanı buraxmır…
Özünü XVII-XVIII əsrin İstanbulunda, tarixi küçələrində, limanlarında, meyxanalarında və o məkanlarda cərəyan edən hadisələrin düz ortasında hiss edirsən. Əsərdəki yarımifik, yarıgerçək hadisələr, hər millətdən tacirlərlə dolub daşan liman və ticarətxanalar, sultanı belə idarə edən xəfiyyə təşkilatı, yuxu ilə həqiqəti qarışdıran personajlar, gələcəkdən xəbər verən güzgü, Mehdi öncəgörməsi üzərində qurulan planlar və bütün bunların sanki o dövrün canlı şahidinin dilindən təsviri insanda dərin izlər buraxır…
Və sonda: bu bir yozumdur, əsərin, bəlkə də, oxucu sayı qədər yozumu var…


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
On və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar