Adsız Tablo

Məhsul kodu: 11434

  • 7.9 AZN


Müəllif
Elxan Elatlı
Kateqoriya
Detektiv , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Teas Press
Səhifə
324
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

İstedadlı gənc rəssam Fəxri Muradlı öz mənzilində balta ilə qətlə yetirilir. Bütün şübhələr üzbəüz mənzildə yaşayan Cəfərə yönəlir. Cəfər həbs olunur. Çoxu bu fi kirdədir ki, o, arvadı Əsmərlə Fəxrinin gizli sevgi macərasından xəbər tutub və qonşusunu qısqanclıq zəminində öldürüb. Namusuna atılmış böhtanın əzabını yaşayan Əsmər isə naçar qalıb məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıya müraciət edir. Qadının istəyi budur ki, məşhur xəfiyyə baş verənləri araşdırıb onun adını bu iyrənc ləkədən təmizləsin. Üç gün sonra xaricə uçmalı olan Qasımlı namuslu bir qadının çarəsiz durumuna laqeyd qala bilmir. Amma qatilin xeyrinə işləyən bəzi təsadüfi məqamlar onun açılmasına mane olur. Türkmənistandan köçüb Bakıya gələn, Fəxrinin emalatxanasına ayaq açan açıqsaçıq geyimli qonşu qızı Nurlanə... Türkiyədən Bakıya qayıdan naməlum professor... Mərhum rəssamın hamıdan gizlətdiyi son sirli əsəri... Bütün bunlar kələfə dönüb qətlin üstünü açmağa əngəl törədir. Üstəlik, xəfi yyənin elə də çox vaxtı yoxdur. Amma o, təmiz bir qadın olan Əsmərin adını namus ləkəsindən təmizləməyi qət edir və təhqiqata da rəssamın mənzilindən yox, emalatxanasından başlayır. Qasımlı qatili yox, itən tablonu axtarmağa üstünlük verir. Rəsm əsərini tapıb onun qarşısında dayananda isə sarsılır. Rəssam öz qatilini də, qətl anını da o tabloda aydın göstərmişdi...


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar