Məhsul kodu: 11459
Allahverdi Eminovun “Yataq dərsləri(Payıza qədər. Seks haqqında söhbət)” kitabı Azərbaycan ədəbiyyatında yüksək tirajla çap olunan, əldən-ələ gəzən hələlik sonuncu kitabdır. Sovetlərin dağıldığı ərəfədə yazılmış, 1990-cı ildə işıq üzü görən bu əsər mühafizəkar sovet mühitində kifayət qədər səs-küy yarada bildi. Əsərin bədii keyfiyyəti, janrı, üslubu, dili mübahisə mövzusu ola bilər, amma birmənalı olaraq qeyd etmək lazımdır ki, bu, tabu hesab edilən mövzuda ilk kitab idi. Azərbaycan oxucusu bu kitab vasitəsi ilə qadağan olunmuş mövzuyla öz dilində tanışlıq imkanı qazandı.