Psixoanaliz və Din

Məhsul kodu: 11465

  • 8.5 AZN


Müəllif
Erix Fromm
Kateqoriya
Psixologiya , Din
Nəşriyyat
Kosmo
Səhifə
128
Tərcümə
Elmar Namaz
Təmin edilmə
1-3 İş günü
Stock
98

Qısa məzmun

Psixoanaliz və din əsərində Fromm dinləri psixoloji və sosial cəhətdən təhlil və tənqid edir, insan üzərində yaratdığı təzyiqlədrən danışır, bunu müxtəlif misallarla sübut etməyə çalışır. Freyd və Yunqun da baxış bucağına işıq tutmağa çalışan filosof kitabda dinin həyatımızda tutduğu yerin konturlarını cızır və Din nədir? sualına cavab axtarır.

“Konfutsinin, Lao Tsenin, Buddanın, Sokratın, Spinozanın, peyğəmbərlərin sözlərilə dilə gələn bütün böyük dinlər eynidir və insani dəyərləri müdafiə edərək insana önəm verir. Bu humanitar dinlər ağıl, sevgi, ədalətin carçısıdır. İnsan mövcudluğunun məqsədini, insanın ağıl, sevgi qüvvəsindən istifadə edərək azadlıq, müstəqillik əldə etməsi, öz məsuliyyətini daşıyacaq gücə çatması, bununla da həqiqətə yaxınlaşması formasında ortaya qoyur.
Freyd din əleyhdarı kimi görünsə də, əslində dinin öz dəyərlərinə sahib çıxaraq onların korlanmasının qarşısını almaq istəyir. Əleyhinə olduğu şey dinin institutlaşmış formalarıdır, çünki din harada cəmiyyətdəki hakim qüvvələrlə əməkdaşlıq edibsə, orada humanitar kökündən uzaqlaşıb”.

Əksər hallarda avtoritar din mücərrəd, insanların real həyatına heç bir aidiyyəti olmayan uzaq bir idealı qəbul edir. İndiki halda və zamanda yaşayan insanların həyatı və xoşbəxtliyi “ölümdən sonrakı həyat” və ya “bəşəriyyətin gələcəyi” kimi ideallara qurban verilə bilər. Psevdo-məqsədlər bütün vasitələrə haqq qazandırır, dini və yaxud dünyəvi elitanın əlində öz vətəndaşlarının həyatına nəzarət etmək üçün bir simvola çevrilir.

Bu, bizim mürəkkəb sistemli dünyamıza uyğun gələn və müzakirələrə səbəb olan bir kitabdır. Kitab dinin nəyi qaçırdığını göstərir. Psixologiya və din müəllimləri üçün dəyərli mənbədir. Bu kitab psixoanalizin şüuraltı konfliktlərini kəşf etməyə kömək edəcək.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar