Könüllü Köləlik Haqqında Nitq

Məhsul kodu: 11604

  • 8 AZN
  • 6.4 AZN


Müəllif
Eten de La Boesi
Kateqoriya
Siyasət , Fəlsəfə
Nəşriyyat
Kosmo
Səhifə
72
Tərcümə
Taleh Eminoğlu
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

La Boesinin təqribən 1550-ci ildə yazdığı və 1579-cu ildə gizli şəkildə çap olunan “Könüllü köləlik haqqında nitq”i kütlənin bir şəxsə necə tabe olduğunu və insanların könüllü köləlikdən necə azad ola biləcəyini izah edir, eyni zamanda, dövlət və quldarlıq münasibətlərinə yeni yanaşmalar gətirir. La Boesi hakimiyyətin hökmranlığına sadiq olan insanların nümunəsində dövləti, tabelik və güc münasibətlərini aydınlaşdırdığı bu kitabı iyirmi iki yaşında, hələ universitet tələbəsi olarkən yazmışdı.
XVI əsrdə yazılmış, dövlət suverenliyini və hakimiyyətin legitimliyini araşdıran bu əsər XIX əsrin ictimai hərəkatlarına istiqamət verməklə yanaşı, Tolstoy kimi dövrün anarxist mütəfəkkirlərinə də təsir göstərib. La Boesinin qısa ömrünə uyğun gələn bu kiçik mətndə biz hakimiyyət münasibətlərinin necə qorunduğunu, bu hökmranlıq qarşısında müqavimət və vətəndaş itaətsizliyi nəzəriyyələrinin necə həyata keçirilə biləcəyini görürük.
Tiran öz hakimiyyətinin davamlığını təmin etmək üçün hər vasitəyə əl atır: əyləncə, içki, narkotik vasitələr, qladiatorların ölümcül oyunları, matadorlar, döyüşlər, nümayişlər, idman və s. Hər cür əyləncə və oyunların xalqı axmaqlaşdıracağını bilir və onlara könüllü köləlik vərdişi ilə yaşamağa davam etməyə imkan verir.
La Boesi deyir ki, tiranın hakimiyyətdə qalması üçün onun ətrafında özü kimi sistemdən yararlanan bir qrup insan lazımdır; o, özünə cinayətkar dəstə yaratmalıdır. Onlar hamısı bu rifahdan qismən və ya dolayı yolla faydalanır. Tiran ətrafındakı bu qoruyucu qrupa bağlanır, onun müəyyən gəlir və mövqelər əldə etməsini təmin edir. Bu o deməkdir ki, tiran dəstəksiz qalsa və ya geri çəkilsə, o da xalq kimi bədbəxt olacaq.
Ümid edirik ki, dəstək olmağın və olmamağın nə qədər məna kəsb etdiyini aydınlaşdıran bu kitabı oxuyanda dövrümüzdəki cəmiyyətlər və iqtidarlar arasında müqayisə aparıb, gücün və hakimiyyətin mənbəyini aydınlaşdıra biləcəksiniz.
La Boesi sizə savaşın demir, sadəcə dəstək olmayın!


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar