Vicdanın Adaptasiyası

Məhsul kodu: 1316

  • 10 AZN


Müəllif
Çingiz Abdullayev
Kateqoriya
Detektiv , Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Teas Press
Səhifə
252
Tərcümə
Təmin edilmə
2 İş günü
Stock
85

Qısa məzmun

İstəyirdim ki, onlar ölməmişdən əvvəl əzab çəksinlər. Hər şeyi bilsinlər və hiss etsinlər. Bilirəm ki, indi səsimi yazırlar, sonra hamısından mənə qarşı istifadə edəcəklər, amma cəhənnəm olsun, qoy yazsınlar... Onların bağ evinə girdim, ikisinin də əl-qolunu bağladım və qonşumun arvadına hər şeyi olduğu kimi danışdım. Dedim ki, əri mənim Katyamla ona xəyanət edib. Onun bundan xəbəri yox idi. Sonra mənim həyatımı məhv edən o alçağın gözünün qarşısında arvadını zorladım və öldürdüm. Qonşum ağlayaraq yalvarırdı ki, onun özünü də öldürüm. Mən də bunu məmnuniyyətlə etdim. Dolabda onların pulu var idi, ancaq ona toxunmadım - belə şeylər mənlik deyil. Qadının cəsədini isə maşında aparıb basdırmışam...
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin Vicdanın adaptasiyası adlı romanında bütün Rusiyanı ayağa qaldırmış seriya qatilin axtarışlarından, onun həbsindən, məhbəsdən qaçışından və intiharından bəhs edilir.
Əsasən gənc və sarışın qadınları hədəf seçərək Rusiyanın bir neçə şəhərində dəhşətli qətllər törədən və heç bir iz buraxmayan seksual manyakın axtarılmasına məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Səbəb aydındır: qatil çox ustalıqla hərəkət edir, ehtiyatlı davranır, getdiyi şəhərlərdə diqqət çəkməməyə çalışır. Öz doğma şəhərində isə ondan nəinki şübhələnməzlər, hətta bu fikrə düşənlərin özlərini daşqalaq edərlər. Axı Veniamin Borisoviç Baratov adi adam deyil, böyük bir institutun direktorudur, görkəmli alimdir, hörmətli şəxsdir; hamı onu mədəni, ziyalı, nəcib bir adam kimi tanıyır. Buna baxmayaraq, o zorlayır, öldürür və gizlənir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar