Diabetikin Stolüstü Kitabı

Məhsul kodu: 1507

  • 10.00 AZN
  • 8 AZN


Müəllif
A.N.Serdükov
Kateqoriya
Elmi-Kütləvi , Qidalanma-Pəhriz , Araşdırma , Tibb , Sağlamlıq
Nəşriyyat
Qanun
Səhifə
368
Tərcümə
Məhəmməd Nəsirov
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Siz tez-tez baş ağrıları, yorğunluq, əsəbilik, yaxud depressiyadan (ruhi sıxıntıdan) əziyyət çəkirsiniz. Bu zaman sizin orqanizminiz qanda şəkərin disbalansı ilə mübarizə aparır. Diabet və hipoqlikemiya belə disbalansın əsas səbəbləridir, çox geniş yayılmış xəstəliklərdir və nəticədə ümumi metabolizmin xroniki pozulmalarına gətirib çıxara bilər. Bununla yanaşı, tez-tez görmək olar ki, ənənəvi kliniki müalicə orqanizmə bütövlükdə müalicəvi təsir göstərmədən bu xəstəliklərin yalnız müəyyən simptomlarını aradan qaldırır. Düzgün yanaşma odur ki, siz qanda şəkərin metabolizmini sağlamlığı bərpa etməyə və uzun illər boyu onu qoruyub saxlamağa kömək edən metodlardan istifadə etməklə nəzarət altında saxlamalısınız.

Bu kitab ona oxşar sistemləşdirilmiş nəşrlərdən daha çox ona görə fərqlənir ki, burda verilmiş materiallardan istifadə çox rahatdır. Burda ŞD ilə yanaşı, nəticədə ona gətirib çıxaran ŞD-nin bütün pozulmaları göstərilmişdir, bununla bərabər, hər bir hal üçün ətraflı, geniş tövsiyələr göstərilir.

Kitabda göstərilmiş ən son tədqiqatların məlumatlarından istifadə etməklə sağlam və təbii həyat tərzini başlamaq məqsədilə dərman qəbulundan tam imtina edə bilərsiniz, heç olmasa onların qəbulunu əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Bu kitab ən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu kitab öz sağlamlığının qeydinə qalan, təhlükəli xəstəliyi özündən uzaqlaşdırmağa can atan; hazırda xəstəlik keçirən və dəqiq məsləhət və tövsiyələrə ehtiyacı olan insanlar üçün maraqlı olacaq; nəhayət, kitabın bəzi fəsilləri ŞD-yə münasibəti olan mütəxəssislər üçün də böyük marağa səbəb ola bilər; çünki həmin fəsillərdə elmin bu sahəsi üzrə ən son nailiyyətlər və müalicə metodları nümayiş etdirilmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar