Madam Bovari

Məhsul kodu: 1667

  • 9.49 AZN
  • 7.6 AZN


Müəllif
Qustav Flober
Kateqoriya
Klassika , Proza , Dramatik , Romantika
Nəşriyyat
Qanun
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Məşhur fransız yazıçısı Qustav Floberin (1821-1880) dünya ədəbiyyatının şah əsərlərindən sayılan və bütöv adı “Madam Bovari, əyalət adətləri” olan qalmaqallı “Madam Bovari” romanı realizmin ilk və mühüm nümunələrindən biri hesab olunur. Yazıçı romanı 1851-ci ildə yazmağa başlamış və onu yalnız beş ildən sonra, 1856-cı ildə sona çatdırmışdır. Əsər həmin il cəmi iki ay ərzində qısa felyetonlar şəklində “Revü de Pari” (Revue de Paris) ədəbi qəzetində çap olunmuş və sonradan qəzetin redaktoru və yazıçı əsərdə əxlaq qaydalarının təhqir olunması iddiası ilə məhkəməyə cəlb olunmuşdular. Hakimin ittiham nitqinə baxmayaraq, “əsərdəki obrazların təsvirində vulqar, hətta ədəbsiz realizm”ə görə günahlandırılan Flober bəraət qazana bildi.

Əsər 1857-ci ildə ilk dəfə kitab halında nəşr olundu.

XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi.

Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar