Atamın Bavulu

Məhsul kodu: 2098

  • 2.90 AZN
  • 2.3 AZN


Müəllif
Orhan Pamuk
Kateqoriya
Proza , Nobel Mükafatçıları
Nəşriyyat
Qanun
Səhifə
100
Tərcümə
Emin Əliyev,
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

“Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi”.

Orxan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel ədəbiyyat mükafatını alarkən “Atamın bavulu” adlı nitqlə çıxış etdi. Pamukun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu. Yazmaq və yaşamaq mövzusunda köklü bir mətn olan “Atamın bavulu”nu eyni mövzuları və dərdləri fərqli prizmadan toxunduğu iki başqa mükafat nitqi ilə birlikdə nəşr edirik. Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı”) jurnalı tərəfindən verilən “Puterbaugh mükafatı”nı alarkən 2006-cı ilin aprel ayında etdiyi çıxış – “Nəzərdə tutulan yazar” – yazarlıq psixologiyasının Pamuk tərəfindən izahıdır. Pamukun “Alman Kitabçılar Birliyi” tərəfindən verilən “Sülh mükafatı”nı 2005-ci ilin oktyabr ayında alarkən etdiyi “Qarsda və Frankfurtda” adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir. Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət” qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam” adlı maraqlı yazısı da əlavə olunub.

“Atamın bavulu” yazarlıq nədir, nə üçün yazırıq, həyat və yazmaq, yazarlıq səbri və roman sənətinin sirləri üzərinə yazılmış dəyərli bir kitabdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar