Gənclik

Məhsul kodu: 2645

  • 5.50 AZN
  • 4.4 AZN


Müəllif
Con Maksvell Kutzee
Kateqoriya
Proza , Nobel Mükafatçıları
Nəşriyyat
Qanun
Səhifə
216
Tərcümə
Ülkər Nəsibbəyli
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

“Gənclik” romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclik”ini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir.

Oxucu bu avtobioqrafik əsərdə, doğrudan da, gəncliyi tapır. Lakin bu romanda təsvir olunanlar bədii əsərlərdə əksini tapan ənənəvi sevinc dolu, nəşəli gənclikdən çox uzaqdır. Kutzeenin qələmə aldığı gənclik həqiqətə daha yaxındır. Romanın əsas qəhrəmanı – Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa, düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı. Kutzee bu əsərində də son dərəcə amansızdır: o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin” real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdlərini və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir.

Con Maksvell Kutzeenin «Gənclik» romanında 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və Kutzeenin Londondakı həyatından bəhs edilir. Bu əsər, nəhayət ki, oxucuya müəllif barədə məlumat verə, yazıçının özünü işıqlandırması hesab oluna bilərdi. Lakin «Gənclik»i «bədii nəsr əsəri» kimi təqdim etməklə Kutzee yenə də oxucunu çaşdırır


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar