Xərçəng Tropiki

Məhsul kodu: 2905

  • 8.99 AZN
  • 7.2 AZN


Müəllif
Henri Miller
Kateqoriya
The International Bestsellers , Proza
Nəşriyyat
Qanun
Səhifə
368
Tərcümə
Rəşad Səfər
Təmin edilmə
1-3 İş günü
Stock
83

Qısa məzmun

“Bəs bu? Kitab deyil bu. Böhtan, şər, heysiyyətə qarşı iftiradır. Sözün əsl mənasında kitab deyil bu. Xeyr, bu, uzun bir həqarətdir, Sənətin üzünə tüpürülmüş bəlğəm, Tanrının, İnsanın, Taleyin, Zamanın, Sevginin, Gözəlliyin və başqa nə istəyirsənsə, onun dalına vurulmuş təpikdir. Mahnı oxuyacağam sizin üçün, bəlkə düzgün notda olmayacaq bir az, amma oxuyacağam. Siz gəbərərkən mən mahnı oxuyacağam, rəqs edəcəyəm murdar cəsədlərinizin üzərində…”

Roman müəllifin Fransada, əsasən Parisdə keçirdiyi illərdən, Parisdəki həyatın ən fərqli tərəflərindən, özü də daxil olmaqla, oradakı sənətçilərin yaşamaq və yaratmaq uğrunda apardığı uğurlu-uğursuz mücadilələrindən bəhs edir. Henri Millerin təsvir etdiyi Paris başqa Parisdir. Henri Millerin Parisində sənət və gözəlliklə bərabər, uğursuz yazarlar, səfalətin zirvəsinə dırmanmış mühacirlər, həyatın dibində çapalayan insanlar da var. Və hamısının mükəmməl, sarsıdıcı təsvirləri… İlk baxışdan xaotik, amma daxili düzəni olan, fəlsəfə ilə, sənət ilə reallığın sərt formada qarşı-qarşıya qoyulduğu bir romandır “Xərçəng tropiki”.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar