Ayurveda Elminə Praktiki Yanaşma

Məhsul kodu: 2946

  • 15 AZN
  • 12 AZN


Müəllif
Açarya Balkrişna
Kateqoriya
Araşdırma , Fəlsəfə , Elmi-Kütləvi , Tibb , Ailə
Nəşriyyat
Alatoran
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Hər bir kəs öz bədəninin tipi, əsas xüsusiyyətləri və quruluşu, həmçinin Tridoṣa, Saptadhᾱtu və Ojasın bədəndəki statusu haqqında bilmək istəyir. Bədəndə tarazlığın qorunması, saptadhᾱtu və ojası artırmaq üçün tridoṣanı saxlamağın yolları hansılardır? Gəncləşmə terapiyası və xüsusiyyətlərindən necə bəhrələnmək lazımdır ki, sağlam həyat və uzunömürlülüyə nail olmaqla yanaşı, bədənin gücünü artırmaq üçün lazımi tədbirlər görülsün? Siz burada saysız-hesabsız sualların hamısına elmi və orijinal cavablar tapa bilərsiniz.

Hər bir fikir xəstəliyin kökündəki səbəb və onun aradan qaldırılması üsulları haqqında maraqlı məlumat verir. Və hər bir insan uzun illər ərzində tibb elmini, həmçinin Caraka, Suśruta, Dhanvantari, Nighaṇṭus, digər Ᾱyurvedikədəbiyyatlar və Vedaları oxuyub öyrənə bilər.

Hazırki dövrdə, Açarya Balkrişna Ᾱyurvedanın dirçəlişi və təbliğatını həyata keçirən ən məşhur və orijinal elm adamıdır. Caraka, Suśruta, Dhanvantari və digər müqəddəslər bütövləşmiş və məhrəmanə şəkildə onun şəxsində birləşmişdir. Müqəddəs ənənənin bir nümayəndəsi kimi Açaryaşri milyonlarla insana səmimi bir şəkildə xidmət edir. O, “Ᾱyurveda elmi” kitabında Ᾱyurvedanın mahiyyətini səmərəli şəkildə tərtib etmişdir. Bu, sanki, bütöv okeanı bir qazana doldurmağa bənzəyir (gᾱgar me sᾱgara). Bu kitab insanın bədən quruluşu, xəstəliklər və onların aradan qaldırılması üçün ən effektiv üsulları asanlıqla başa düşmək üçün bir rəhbərdir. İlk dəfədir ki,Ᾱyurvedanın əsas prinsipləri dinamik və estetik formada canlandırılmışdır. Mən tamamilə inanıram ki, hər bir insan bu kitab vasitəsilə, şübhəsiz, yaşam müddətini yüz illərə qədər uzada bilər.

Bu kitabın məqsədi hər bir evə və ailəyə çatmağa nail olmaqdır. Beləliklə, maksimum sayda insanlar bu kitabın faydalarından yararlana bilər. Bugün milyonlarla insanlar saysız-hesabsız xəstəliklər səbəbi ilə vaxtsız ölümlə qarşılaşır və adamların üzərində xəstəliklərin müalicəsi üçün bahalı və arzuedilməz dərmanlar, lazımsız və yenə bahalı əməliyyatlar, diaqnostik testlər tətbiq edilir. Bundan başqa, xəstəliyin müalicəsi üçün xəstə bitmək bilməyən sonsuz zaman içində qovrulur və bunun sonu ancaq ölümlə nəticələnir. Bu kitabda paylaşılan bilik və məlumatlarla tanış olduqdan sonra, insanlar özlərini müalicə adı altında aparılan vəhşiliklərdən qoruya bilərlər. Bununla insanlar özləri tibbi biliklərlə silahlanmış olacaqlar. Biz elan edirik ki, Ᾱrogya (Sağlamlıq) bizim doğuşdan qazanılan haqqımızdır. Siz bu kitab vasitəsilə həm başqalarını ruhlandıra, həm də sağlamlıq kimi bir neməti əldə edə bilərsiniz.

Sarve bhavantu sukhinaḥ, Sarve santu nirᾱmayᾱḥ.

Gəlin hamımız sağlamlıq, xoşbəxtlik və rifah naminə sağlam və xəstəliklərdən uzaq olaq.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar