İstintaq sirri

Məhsul kodu: 3013

  • 6.99 AZN
  • 5.6 AZN


Müəllif
Seyfulla Aslanov
Kateqoriya
Hüquq
Nəşriyyat
Qanun
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlanmışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfidensiallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir.
Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində informasiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyə­sindən asılı olur.
Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfi­densiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbi­qinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklə­rinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar