Məhsul kodu: 3048
Bu ensiklopediya Azərbaycanın görkəmli dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib. İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası da verilib. Kitabda təqdim olunan çoxlu sayda fotolar, arxiv sənədləri və yeni məlumatlar M.Ə. Rəsulzadənin bir şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyir. Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.