Özü-Sözü Gözəl Uşaq

Məhsul kodu: 3069

  • 14 AZN


Müəllif
Mehtap Kayaoğlu
Kateqoriya
Araşdırma , Ailə , Psixologiya , Elmi-Kütləvi
Nəşriyyat
Teas Press
Səhifə
272
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Uşaq böyütmək heç vaxt asan olmayıb.
Ata-ana olacağını ilk dəfə öyrənən şəxslərin ürəyindən keçənləri soruşsaq, ən çox eşitdiyimiz cavab belə olacaq: Ya oğlan olsun, ya da qız, fərqi yoxdur. Təki əli-ayağı düz, özü-sözü gözəl olsun .
Ancaq di gəl ki, müasir ata-analar sanki cıdır yarışına dönmüş bu həyat şəraitində uşaq böyütmək üçün əlləşib-vuruşarkən insani keyfiyyətlərə malik, özü-sözü gözəl uşaq böyütməyə bir qədər laqeyd yanaşır.
Əlinizdə tutduğunuz Özü-sözü gözəl uşaq adlı bu kitab gülərüz, mərhəmətli, yardımsevər, doğrucul, vicdanlı və mehriban uşaq böyütməyin yollarını göstərir. İnsani xüsusiyyətlərə malik, psixoloji cəhətdən sağlam, tərbiyəli və dürüst uşaq yetişdirməyin əsas şərtləri konkret nümunələr əsasında izah edilir.
Bu kitabın dili o qədər təbii və sadədir ki, orada yazılanları tərbiyə prosesində tətbiq edərkən əsla çətinlik çəkməyəcəksiniz.
Elə isə yerinizi rahatlayıb oxumağa başlayın...

Nə yaxşı ki, uşaqlar var. Uşaqlarımızla bağlı bütün istək və niyyətlərimiz onların yaxşılığı üçündür. Əziz valideynlər! Uşaqlarınızı elə tərbiyə edib böyüdün ki, gələcəkdə onların həyatına baxanda sevinib fərəhlənə biləsiniz. Olarmı?


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar