Ən Dəyərlim

Məhsul kodu: 3438

  • 9.5 AZN
  • 7.6 AZN


Müəllif
Nikolas Sparks
Kateqoriya
Proza , Romantika , The New York Times Bestsellers
Nəşriyyat
Yay Kitab
Səhifə
380
Tərcümə
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

Hər kəs sonsuz sevginin mümkün olduğuna inanmaq istəyir. Bir vaxtlar Amanda da inanırdı. 18 yaşı olanda...
1984-cü ilin baharında iki məktəbli - Amanda Kolier və Douson Koul bir-birinə dəlicəsinə aşiq olurlar. Tamam fərqli mühitlərdə böyüsələr də, onlara elə gəlirdi ki, sevgilərinin gücü Şimali Karolinadakı Oriental adlı kiçik şəhərin reallıqlarının öhdəsindən gələ bilər. Zorakılığa meyilli bədnam ailənin inzivaya çəkilmiş üzvü olan Douson Amandaya duyduğu sevginin onu gözləyən qaranlıq gələcəkdən qaçış vəd etdiyinə inanırdı. Douson məşhur ailənin şahzadələr kimi böyümüş və Dyuk Universitetinə daxil olmağa hazırlaşan qızı Amandanın üsyankar və alovlu qəlbinə toxunmuşdu. Lakin yay bitəndə gözlənilməz hadisələr bu iki yeniyetməni ayırır və onlar tamam fərqli həyat cığırlarına düşürlər.
25 ildən sonra Amanda və Douson bir vaxtlar onların gənclik məhəbbətinə sığınacaq vermiş ağsaqqal Tak Hostetlerin dəfni üçün Orientala qayıdırlar. Heç biri təxəyyül elədikləri həyatı yaşamayıb, heç biri onların həyatını dəyişən ehtiraslı ilk məhəbbəti unutmayıb. Amanda və Douson Takın vəsiyyətinə əməl etdikcə anlayırlar ki, Tak barədə, özləri barədə və onlara əziz olan arzular barədə bildikləri heç nə əslində göründüyü kimi deyilmiş. Ağrılı xatirələrlə üzləşməyə məcbur qalmış iki keçmiş sevgili öz seçimləri haqda inkarolunmaz həqiqətləri kəşf edirlər. Keçirdikləri yeganə unudulmaz həftəsonu ərzində onlar ölüm-qalım sualına cavab verməyə çalışırlar: “Sevgi həqiqətən keçmişi yenidən yaza bilərmi?”


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar