Tomas Vulf. Seçilmiş Əsərləri

Məhsul kodu: 3472

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
Tomas Vulf
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Şərq Qərb
Səhifə
416
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

XX yüzil Amerika, bütövlükdə isə dünya ədəbiyyatını Tomas Vulfsuz təsəvvür etmək çətindir. Cəmi otuz səkkiz il ömür sürmüş Tomas Vulf parlaq yaradıcılığı ilə bədii sözün imkanları haqqında təsəvvürləri daha da genişləndirmiş, nəsrin gələcəyi barədə qızğın mübahisələrə səbəb olmuşdur.

İlk qələm təcrübələrini dramaturgiya sahəsində sınamış Tomas Vulf daha çox nəsr əsərləri ilə şöhrət qazanmışdır. Vulfun hekayələri, povestləri, romanları Amerikanı, az sonra isə Avropanı fəth etmişdir.

Yazıçının ədəbi aləmi geniş, bitib-tükənməyən, daim qarşılıqlı təmasda olan və bu təmasdan daha da zənginləşən dünyalardan ibarətdir. Bütövlükdə Tomas Vulfun yaradıcılığının miqyasını təsəvvü eləmək üçün onun hekayələrini - novellalarını və miniatürlərini oxumaq kifayətdir.

Dünya ədəbiyyatı seriyasından olan bu kitabda Tomas Vulfun Baskom Hokun portreti , Dünyanın hörümçək toru , Ölüm povestləri, Azğın oğulun qayıtması , Çikamoqa , Şir səhərçağı və digər hekayələri toplanmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar