Şəki və Onun Təbabət Tarixi

Məhsul kodu: 3529

  • 28.99 AZN
  • 23.2 AZN


Müəllif
Qalib Əsədov
Kateqoriya
Tarix , Araşdırma
Nəşriyyat
Qanun
Səhifə
336
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Tanınmış həkim-nevroloq, uzun müddət Şəkinin müxtəlif səhiyyə müəssisələrində səmərəli fəaliyyət göstərən, habelə müxtəlif televiziya kanallarından Azərbaycan ictimaiyyətinə adı bəlli olan Qalib Əsədovun qədim tarixi keçmişə, özünəməxsus ənənələrə və mədəniyyətə malik olan Şəkinin səhiyyə tarixinin tədqiqi sahəsində araşdırmalarına həsr olunmuş yazıları diqqətimi çəkdi. Kitabın müəllifi Qalib həkimin bir tədqiqatçı məharəti ilə Şəkidə səhiyyə sisteminin formalaşması, inkişafı və bu sahədə ayrı-ayrı tanınmış simaların təşkilatçılıq fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan qeydlərini, verdiyi fotoşəkilləri Şəki səhiyyəsinin tarixinin araşdırılması sahəsində təqdirəlayiq təşəbbüslərdən biri, yaxşı işin başlanğıcı kimi dəyərləndirirəm.

XIX əsrin ortalarında çar Rusiyasının Nuxa qəzasında Həkim baba kimi tanınan məşhur təbibin bir çox xəstəliklərin müalicəsində istifadə etdiyi üsullara toxunduqdan sonra o vaxtlar Şəkinin baş qazisi olan Əbdülqəni Nuxəvinin, həkim Hacıbala Bəyin, Əliabbas Qədimovun Azərbaycanda, sovet hakimiyyəti illərində isə Ağa Hüseynovun, Məmməd Hacıyevin, Cəmaləddin Kərimovun, Fərrux Həmidzadənin, Nəsib Abdurrəhmanovun, Cabbar Rəhimovun və başqalarının səhiyyə təşkilatçılığı sahəsində göstərdikləri fədakarlıqları xatırlanır.

Həkim Qalib Əsədovun vətəndaş təəssübkeşliyi ilə qələmə aldığı bu kitabda çar Rusiyası dövründə Şəki qəzasında, sovetlər dönəmində isə Nuxa rayonunda açılan ilk apteklər, dispanserlər, müalicəxanalar haqqında tarixi faktlara əsaslanan yığcam məlumatlar da özünə yer almışdır. Kitabda Böyük Vətən müharibəsi illərində ön cəbhədə vətənpərvərliklə çalışmış bir çox şəkili həkim və tibb işçilərinin vətənin müdafiəsində göstərdikləri əvəzsiz xidmətləri də xatırladılır. Fikrimcə, Qalib Əsə­dovun sözügedən yazıları Şəkidə səhiyyənin inkişafı tarixinin araşdırılması sahəsində ilk uğurlu addımlardan biri hesab edilə bilər. Yaxşı olardı ki, müəllif bu sahədəki tədqiqatçılıq fəaliyyətini davam etdirərək, Şəkidə səhiyyənin inkişafı sahəsində həyata keçirilmiş bütün tədbirləri, görülmüş işləri daha çox araşdırsın və yeni faktlarla zənginləşdirsin.

Bu sahədə həkim-tədqiqatçı Qalib Əsədova uğurlar arzu edirəm.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar