Təbii Fəlakətlər

Məhsul kodu: 3732

  • 3 AZN
  • 2.4 AZN


Müəllif
Şahin Əhmədov
Kateqoriya
Uşaq Ədəbiyyatı , Elmi-Kütləvi
Nəşriyyat
Altun Kitab
Səhifə
128
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Biz təbii fəlakətlərin daim hökm sürdüyü bir planetdə yaşayırıq. Bununla yanaşı, hələ də onlara qarşı gücsüzük. Yaxınlaşan fırtına və tufan haqqında insanlara qabaqcadan xəbər vermək olar. Lakin vulkan püskürməsini, xüsusən də zəlzələnin baş verəcəyini əvvəlcədən söyləmək qeyri-mümkündür. Daha doğrusu, mümkündür, amma fəlakətin başlanmasından bir az əvvəl. Əksər hallarda bu çox gec olur... Alimlərin on illərdir kürəvi ildırımı öyrənmələrinə baxmayaraq, biz hələ də sona kimi bu təbiət möcüzəsinin nə olduğunu bilmirik. Hələ də axıra qədər başa düşmürük ki, tornado və digər qasırğalar nə ilə bağlıdır, bu nəhəng hadisələrin daxilində hansı qüvvələr fəaliyyət göstərir? Onlar bütün canlıları özlərinə çəkməyi və sonradan salamat geri qaytarmağı necə bacarır? Belə hadisələr çox olmuşdur. Görürsünüzmü, alimlər yerdə, suda və havada baş verən fəlakətləri idarə etməzdən və onları yönəltməzdən əvvəl hələ nə qədər məsələləri həll etməli və onlara cavab verməlidirlər. Kitabda məhz bunlar haqqında söhbət gedəcəkdir. Yerdə baş verən fəlakətlərin xüsusi təqdimata ehtiyacı yoxdur. Bu, hamıya məlum olan zəlzələlər, vulkan püskürmələri, qeyzerlər, sürüşmələr, uçqunlar, zəhərli qaz tullantıları və onların buxarlanmasıdır ki, bunları da xoşagəlməz hadisələrə aid etmək olar. Havada baş verən fəlakətlər də acınacaqlı nəticələrə gətirib çıxarır. Qasırğalar və tufanlar, qum fırtınaları, ilğımlar (mirajlar) və “morqana duvağı”nın səma görüntüləri... Düzdür, sonuncular o qədər də təhlükəli deyil, lakin müəmmalı və bəzən qorxuludur. İndiyəcən onların mənşəyi haqqında çox az şey məlumdur. Nəhayət, bizim həyatımız üçün zəruri olan su. O, öldürməyə də, şikəst etməyə də qadirdir... Qarşısına çıxan hər şeyi silib-süpürən, metrlərlə hündürlüyə malik nəhəng dalğalar olan sunami. Dəhşətli qabarmalar və dəyişkən okean axınları. Toyuq yumurtası boyda dolu. Zərərli dumanlar. Buzlaqlar və aysberqlər. Bunlar şimal və cənub dənizlərinin hiyləgər səyyahlarıdır. Onlar insanlara saysız-hesabsız xəsarət yetirmişdir. Bütün bunlar və çoxlu-çoxlu digər maraqlı, təəccüblü və hətta ağlasığmaz hadisələr haqqında bu kitabdan öyrənəcəksiniz.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar