Yalan Nöqtəsi

Məhsul kodu: 3799

  • 10 AZN
  • 8 AZN


Müəllif
Dan Brown
Kateqoriya
Detektiv , Proza , The International Bestsellers
Nəşriyyat
Qanun
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Arktikada bəşəriyyətin gələcəyini birdəfəlik dəyişməyə qadir olan nadir artefakt tapılır.
Qeyri-adi tapıntının həqiqi olub-olmadığını müəyyənləşdir­mək üçün ora elmi ekspedisiya göndərilir.
Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-bi­ri­nin ardınca həlak olurlar.
Onları kim və niyə öldürür?
Bəlkə onlar tapıntının sirrini açmağa çox yaxınlaşıblar?

Den Braun 22 iyun 1964-cü ildə ABŞ-da anadan olub.

Amherst Kolleci və Fillips-Ekseter Akademiyasının məzunu olduqdan sonra bir müddət elə bu təhsil mərkəzlərində ingilis dili müəllimi kimi çalışıb. Şifrə açma və gizli hökumət orqanlarına olan marağı 1996-cı ildə ilk romanı “Rəqəmsal Qala”nın (Digital Fortress) meydana gəlməsinə səbəb oldu. Roman yayımlanmasından dərhal sonra Den Braun bir anda elektron kitab reytinqlərində birinci yerə qalxdı.

Yazıçının ikinci romanı olan “Yalan nöqtəsi” (Deception Point) də siyasət əxlaq, təhlükəsizlik və gizli texnoloji mövzuları əhatə edir.

Mükafatlar almış riyaziyyat üzrə professor ilə ilahiyyat musiqiçisinin oğlu Den Braun elm və din kimi bəzən bir-birinə qarşı duran fəlsəfələrin hakim olduğu bir mühitdə böyüyüb. Bu, bir-birini tamamlayan fikirlərdən aldığı təsirlə məşhur romanı “Mələklər və İblislər”i ( Angels və Demons) yazdı. Bu əsərdə bir İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında baş verən, elm ve din mövzularının hakim olduğu romandır.

Den Braun babasının da mason olduğunu bir çox proqramda açıqlamışdır. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləmişdir. “İtirilmiş simvol” (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur. Bundan əlavə, 2003-cü ildə bitirdiyi və bütün dünyada satış rekordları qıran “Da Vinçi Şifrəsi” (The Da Vinci Code) kitabının da müəllifidir. “Da Vinçi Şifrəsi” və “Mələklər və İblislər” kitablarının filmi də çəkilmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar