Məhsul kodu: 3805
Aqşin Quliyev, hüquq üzrə fəlsəfə doktoru
Kitabda hüquq sosiologiyasının ümumi kursu – ümumsosioloji və xüsusi elmi metodlar, eləcə də dövlətin və hüququn ümumi nəzəriyyəsinin müddəaları əsasında sosial institut kimi hüququn fəaliyyət problemlərini tədqiq edən sosioloji elm sahələri ifadə olunur. Müəllif hüquq sosiologiyasının və onun əsas konsepsiyalarının formalaşması və inkişaf tarixini nəzərdən keçirir, onun təkmilləşdirilməsi perspektivlərini təhlil edir, Azərbaycan Respublikasında müasir hüquqi situasiya ilə bağlı məsələlərin geniş spektrinə toxunur.
Kitab ali təhsil müəssisələrinin hüquq, sosiologiya və digər humanitar elm fakültələrinin tələbələri, aspirantlar və müəllimlər üçün nəzərdə tutulmuşdur. Ölkəmizdə ilk dəfə nəşr olunan bu kitabdan geniş oxucu kütləsi də faydalana bilər.