Sultanların Şeirləri Şeirlərin Sultanları

Məhsul kodu: 4189

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Mustafa İsen , Ali Fuat Bilkan , Tuba Işınsu Durmuş
Kateqoriya
Poeziya
Nəşriyyat
Qanun
Səhifə
408
Tərcümə
Nizami Zöhrabi
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Mustafa İsen, Ali Fuat Bilkan, Tuba Işınsu Durmuş

Zamanın sultanı olmaq var, coğrafiyanın sultanı olmaq var…
Dünənin sultanı olmaq var, könül sultanı olmaq var…
Hindin sultanı olmaq var, Rumun sultanı olmaq var…
Şərqin sultanı olmaq var, Qərbin sultanı olmaq var…
Qılıncın sultanı olmaq var, sözün sultanı olmaq var…
Eşqin, bir də eşqin və şeirin sultanı olmaq var…
Fateh Sulat Məhmədin yanında Yavuz Sultan Səlim var.
Qanuni Sultan Süleyman və Adilə Sultan var…
Kifayət etmədi, Qazi Gəray Xan var, Şahbaz gəray var…
Qazı Burhanəddin var, Şah İsmayıl var…
Sultan Qayıtbəy var, Qansu Qavri var… Hüseyn Şah olmaq var…

Sözün iqtidar, əsl iqtidarın necə bir dil üzərindən qurulduğunu görmək istəsək, 1450-1600-cü illər arasına baxmaq da kifayətdir. Şimaldan Cənuba, Şərqdən Qərbə Türk dili sadəcə bir iqtidar dili deyil, bu sultanların, padşahların və hökmdarların vasitəsiylə bir həyat dilinə döndü. Bu kitab ən üst idarəçilərin əliylə “Türk dilinin səs bayrağı” olaraq ucaldığını göstərir. Bir-birləriylə siyasi rəqib olan sultanlar öz üstünlüklərini söz üzərindən qurmağa çalışırlar.

Mədəniyyət, sənət, yüksək siyasət tarixin axarında sözə çevrilir. Var olur. Şeiri, insanı, tarixi və mədəniyyəti bir də bu nöqteyi-nəzərdən oxuyub-bilmək var…

Dr. Mustafa İsen

Mustafa İsen 1953-cü ildə Adabazarında doğuldu. 1975-ci ildə Atatürk Universiteti Ədəbiyyat fakültəsinin dil və ədəbiyyat bölümünü bitirdi. Bundan sonra İstanbulda müəllimlik etdi, Atatürk Universitetində assistent kimi çalışdı. 1981-ci ildə Belqrad Universiteti Filologiya fakültəsində müəllim olaraq işləməyə göndərildi. 1983-cü ilə qədər orada işlədi. Vətənə qayıtdıqdan sonra Atatürk Universiteti fənn- Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümündə müəllimlik etdi. 1988-ci ildə dosent oldu və Qazi Universitetində dekan müavini və Qazi Universiteti Türkcə Öyrətim Uyğulama və Araşdırma Mərkəzinin (Q.U.TÖMER) Başqanı oldu. 1994-cü ildə professor dərəcəsini aldı. Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universiteti Sosial Elmlər İnstitutunda müdir, Qazi Universiteti Fənn-Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı Bölüm başqanı oldu. Bundan sonra Qazi Universiteti Fənn Ədəbiyyat fakültəsinin dekanı oldu. (1997) 2000-ci ildə Başkənd Universitetinə keçdi və orda Türk dili və Ədəbiyyatı bölümünü qurdu. 2002-ci ilin dekabr ayında Kültür Bakanlığına Müstəşar təyin edildi. Kültür və Turizm Bakanlıqlarının birləşdirilməsi nəticəsində 2003-cü ildə Kültür və Turizm Bakanlığı Müstəşarı oldu. 2007-ci ilin sentyabr ayında T.C.Cumhurbaşqanlığı Baş katibi oldu.

Dr. Ali Fuat Bilkan

Ali Fuat Bilkan 1963-cü ildə Şanlıurfada doğuldu. 1985-ci ildə 19 Mayıs Universiteti Eğitin Fakültəsi Türk dili və Ədəbiyyatı bölümünü bitirdi. 1985-ci ildə Orta Doğu Texnik Universitetində türk dili müəllimi olaraq başladığı elmi fəaliyyətini Qazi Universitetində, Cəvahirləl Nehru Universitetində (Dehli), Fateh Universitetində, Viksonsin (ABŞ) Universitetində, TOBB ETÜ-də davam etdirdi. 2011-ci ildə Altın Koza Universiteti rektoru vəzifəsinə təyin edilən Bilkanın elmi işləri Klassik Türk Ədəbiyyatı sahəsindədir. 2008-ci ildən etibarən Yunus Əmrə İnstitutu Başqanlığı vəzifəsində də çalışır. Türk dili, Türk Ədəbiyyatı, Türk tarixi və mədəniyyəti sahələrində çoxsaylı elmi çalışmaları olan Bilkan evlidir və üç uşaq atasıdır.

Dr. Tuba IşInsu Durmuş

1978-ci ildə İstanbulda doğuldu. 1999-cu ildə Qazi Universiteti Türk dili və Ədəbiyyatı bölümünü bitirmişdir. Bilkənd Universiteti Türk ədəbiyyatı bölümündə 2002-ci ildə yüksək lisansını, 2006-cı ildə isə doktorluğunu tamamladı. Başkənd Universitetində 2003-2004-cu illərdə müəllimlik etdi. Hazırda TOBB İqtisadi və Texnoloji Universiteti Türk dili və ədəbiyyatı bölümündə Osmanlı ədəbiyyatını tədris edir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar