Qara Yol

Məhsul kodu: 4222

  • 15 AZN
  • 12 AZN


Müəllif
Jean-Christophe Grange
Kateqoriya
Detektiv , Qorxu-Gərilim , Proza
Nəşriyyat
Teas Press
Səhifə
500
Tərcümə
Təmin edilmə
1 İş günü
Stock
99

Qısa məzmun

...Dolabın içində qorxudan büzüşüb titrəyərkən, çətinliklə nəfəs alarkən anamın asqıdakı paltarları üzümə toxunaraq məni sanki oxşayırdı. Bu toxunuş mənə həmişə əzab verirdi. Bambuk yarpaqları da üzümə toxunanda özümü eləcə, dolabdakı kimi hiss edirəm. O paltarların yenidən üzümü oxşadığını duyuram...
Psixoloji triller janrında yazılmış bu detektiv əsərdə əsas qəhrəmanlardan biri - Jak Reverdi ziddiyyətli cani-şəxsiyyət obrazı kimi müxtəlif rakurslardan işıqlandırılır. Onun idmanın suya dalma növü üzrə çempion olduğu mərhələyə qədərki yaşantıları və böyük idmandan ayrılandan sonrakı taleyi qəfil alışıb-yanan, dərhal da sönən təsirli səhnələr fonunda qələmə alınmışdır.
Qaranlıq dolab ... Tez gizlən, ata gəlir! ...Bunlar Jakın taleyindən qara xətt kimi keçərək həyata vəsiqə almış anlamlardır. Ruhuna hakim kəsilən, zehnini zəhərləyən və kabusa çevrilərək bütün həyatını izləyən bu məfhumlar, əfsus ki, onun qorxunc uşaqlığının, arzuolunmaz analı illərinin yadigar ıdır.
Yazıçı qəhrəmanının xarakterinin açılmasına kömək kimi bir jurnalist-müxbirin - uşaqlığı, gəncliyi Reverdidən heç də mülayim və asan keçməyən Markın səy və bacarıqlarını, peşəsi uğrunda hansı risklərə getdiyini sadə faktlarla təsvir edir.
Bu iki şəxsin sanki yaxınlaşan psixoloji durumu əsərin finalına doğru aydın səmada şimşək effekti yaradır. Onların oxşar sonluğu - əslində özlərinin heç təsəvvür də etmədiyi psixoloji uyğunluqlarının təsdiqi faktı narahat nəfəsi getdikcə daha çox duyulan vulkan partlayışının son nidası olur.


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar