Bakı Tanrıçılıq Kompleksi

Məhsul kodu: 4240

  • 11 AZN


Müəllif
Həsən Həsənov
Kateqoriya
Araşdırma , Tarix , Din , Mifologiya
Nəşriyyat
Teas Press
Səhifə
316
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Həsən Həsənovun təqdim olunan Bakı tanrıçılıq kompleksi monoqrafiyası Bakı bütpərəstlik kompleksinin, Bakı Qız qalasının, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Bakı bütpərəstlik kompleksinin bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Bu kitabda qədim Bakının sakrallığı, Bakı bütpərəstlik kompleksinin formalaşdırılma prinsipləri, İçərişəhərdə skiflərin bütpərəst tenqirliklərinin iyerarxik yerləşməsi, onların zahiri görünüşü, adları haqqında tamamilə yeni informasiyalar verilir.
Əsərdə Misir arxeologiyası üzrə aparıcı tədqiqatçıların qədim Misir mənbələrində Bakının adının çəkilməsi barədə unudulmuş məlumatları canlandırılır, Bakı bütpərəstlik kompleksinin planiqrafiyasında ulduz bürclərinin canlandırılması barədə məlumat verilir. Polisemantik etimologiya və linqvistik arxeologiya metodları burada xüsusi qeyd olunmalıdır, çünki müəllif onların köməyi ilə Bakının, Bakı Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açır.
H.Həsənovun əsərinin yalnız tarix, memarlıq elmləri və sənətşünaslıq üçün deyil, həm də humanitar elmlər üçün əhəmiyyətini tam dəyərləndirmək olduqca çətindir. Çünki qədim Azərbaycan mədəniyyətinin dünyagörüşü və etnik zəmini haqqında məsələ ilk dəfə onun tərəfindən qoyulub və həll edilib.
Təqdim olunan kitab müəllifin Qız qalası əsərinin dördüncü nəşridir. İlk iki nəşr rus dilində olub, üçüncü nəşr ingilis dilində UNESCO tərəfindən həyata keçirilib. Hazırkı nəşr Azərbaycan dilində birincidir. Bu nəşrin əvvəlkilərdən fərqi kitabın iki cilddə olmasındadır. Bu səbəbdən əsərdə onun məzmununa xələl gətirmədən cüzi struktur dəyişiklikləri edilib. Əsərin iki cilddə çap olunması tədqiqatın iki yaxın, amma müstəqil mövzuları əhatə etməsi ilə bağlıdır. Birinci cild məşhur Bakı Qız qalası na, ikinci isə hazırkı Bakı şəhərinin öz başlanğıcını götürdüyü, çox az məlum olan, lakin izləri qalan Bakı tanrıçılıq kompleksi nə həsr olunub.
Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar