Azərbaycan Siyasi Tarixində Nəsib Bəy Yusifbəyli

Məhsul kodu: 4294

  • 10 AZN
  • 8 AZN


Müəllif
İbrahim Süslü
Kateqoriya
Araşdırma , Tarix , Siyasət , Elmi-Kütləvi
Nəşriyyat
Alatoran
Səhifə
328
Tərcümə
Odər Əlizadə
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

Türkiyəli tədqiqatçı İbrahim Süslu tərəfindən yazılan Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri Nəsib bəy Yusifbəylinin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Azərbaycan siyasi tarixində Nəsib bəy Yusifbəyli” adlı kitabı çap edib.

Qarşıdan Azərbaycan Xalq Cuhmuriyyətinin 100 illiyi gəlir. Bu münasibətlə nəşriyatların mövzu ilə bağlı əsərlərə müraciət etməsi və bu önəmli tarixi ildönümə dair əsərləri özlərinin çap proqramına daxil etməsi olduqca sevindirici hadisədir.

Vision TV-nin məlumatına görə, Azərbaycanda bu vaxta qədər tədqiqat obyektinə çevrilməmiş siyasi bir simanın və maarifçi insanın həyatı elmi-araşıdırmaya mövzu təşkil edib. İbrahim Süslu tərəfindən tədqiq edilib türk dilində yazılan bu əsər, gənc tədqiqatçı Odər Əlizadə tərəfindən dilimizə tərcümə edilərək nəşr olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Ysuifbəylinin bütün həyat hekayəsinin tarixi fakrlar əsasında şərh edildiyi əsərdə olduqca maraqlı və qiymətli məlumalar cəmləşib. Oxucular bu əsərdə, sadəcə N.Yusifbəylinin deyil, onunla yanaşı dövrün bir çox siyasi liderinin fəaliyyətləri, məfkurələri və həyatı haqqında qiymətli məlumatlar ala biləcəklər. Xüsusilə də, N.Yusifbəyli ilə Nəriman Nərimanov arasındakı münasibətlər olduqca maraqlı faklarla işıqlandırılıb.

Əsəri tərcümə edən Odər Əlizadə dövrün siyasi, mədəni, sosial terminlərini olduqca sadə bir üslubla və tarixi ifadəsini qoruyaraq dilimizə çevirmişdir. Əsər, geniş oxucu kütləsinə xitab edərkən, dövrün tədqiqatçıları üçün zəgin fakrlarla dolu qiymətli bir monoqrafiyadır.


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar