Yeni Çağlar

Məhsul kodu: 4296

  • 8 AZN
  • 6.4 AZN


Müəllif
İda Jessen
Kateqoriya
Proza , Dramatik
Nəşriyyat
Alatoran
Səhifə
200
Tərcümə
Anar Rəhimov
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Alatoran Yayınlarında çapdan çıxmış son kitablardan biri müasir Danimarka ədəbiyyatına həsr olunub. Yaşayan müəlliflərdən İda Jessen - 1962-ci ildə anadan olub, - son illərdə Skandinaviya ölkələri yazıçıları arasında ulduzu parıldayan adlardan biridir. Ədəbi sahədəki ilk addımlarını 1989-cu ildə Under sten (Daşın altında) adıyla çap etdirdiyi qısa hekayələrlə atmışdır. Həmin vaxt­dan bəri yazıçının çox sayda romanları, hekayələri və uşaq kitabları çap olunub. O müasir Danimarka ədəbiyyatında psixoloji realizmin banisi hesab edilir. Əsərləri bir neçə dilə tərcümə olunan yazıçı əsasən cəmiyyətdə baş verən psi­xo­loji reallıqları bədii dildə qələmə aldığı üçün çox sevilir. İda Yessen Danimarka Milli Akademiyasının üzvü olmaq­la bərabər, bədii tərcümə ilə də məşğuldur.

Azərbaycan dilində çap olunmuş bu əsərində əri yenicə vəfat etmiş bir qadının psixoloji dramı öz əksini tapıb. Çox da dərin sevgi hissləriylə biri birinə bağlanmayan cütlüyün həyat hekayəsi sakit, aramlı bir tonla nəql edilir, oxumağa davam etdikcə artıq həyatda olmayan bir insanın portreti daha tünd boyalarla gözlərimiz önündə canlanır. Yeni evə daşınandul qadın ərinin əşyalarını yerbəyer etdikcə nostalji hisslər yaşayır, keçmiş xatirələr, baş vermiş hadisələr sıralanır, lakin paralelində bu günün hadisələri, qadının cari qayğıları sanki ikinci planda imiş kimi təsvir edilir. Əslində, bir ömür birlikdə yaşadığı insanın ölümündən sonra qadının necə asanlıqla həyata davam etməsi oxucunu çaşdırır, hətta qadına müştəri düşən üç kişinin ayrı-ayrılıqda təsviri heyrət doğurur və qadın sonda bu kişilərdən biriylə bərabərləşir. Hər şey qeyri-adidirmi? – heç də deyil, yazıçı öz qəhrəmanının psixoloji təkamülünü son dərəcə inandırıcılıqla təsvir etməyi bacarır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar