Stiv Cobs Kimi Düşün

Məhsul kodu: 4298

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Daniel Smith
Kateqoriya
Araşdırma , Fərdi inkişaf-Motivasiya , Biznes-İqtisadiyyat , Biqorafiya-Memuar
Nəşriyyat
Alatoran
Səhifə
180
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Uğurlu yazar, redaktor və tədqiqatçı olan Daniel Smith bu kitabı ilə müasir dövrün ən böyük ixtiraçılarından və biznesmenlərindən biri olan STİV COBSUN maraqlı dünyasına qapı açır. Əvvəlcə söyləyim ki, kitabda Cobsun şəxsi həyatından və ya onun yaşayış tərzindən danışılmır, yalnız və yalnız onun iş həyatında əldə etdiyi uğurları necə əldə etməsindən, bu yolda nələrə önəm verməsindən danışılır. Yəni kitabın adından da göründüyü kimi məqsəd Cobsun düşüncələrini öyrənmək və onu analiz edərək nələrsə öyrənməkdir.






Bildiyimiz kimi Stiv Cobs ilk olaraq dünaynın ən böyük şirkətlərindən olan Apple şirkətinin yaradıcısı olmuşdur. Apple şirkətinin məhsullarının istifadəçisi olmasam da və biraz da sevməsəm də nəhəng innovativ Stiv Cobsun müasir rəqəmsal dünyanın inkişafındakı rolunu danmaq günah olar. Cobsun idarəsi altında Apple şirkəti bir çox biznesmenin arzusunda olduğu zirvələrə çatmışdı. Şirkət hər məhulunun sahibi haqqında şəxsiyyət kimi danışdığına inanlardan ibarət əhatə dairəsi qazanmışdır. Buna görə də hələ də bir çox insan nə vaxtsa qoşulduqları bu “dəstə”yə sadiq qalıblar. Apple təkcə komputer istehsalında lider deyildi, o həm də qlobal texnologiya nəhəngi idi.





Kitabı oxuyana qədər Stiv Cobsu belə təsəsvvür etmirdim bəs kitabı oxuduqdan sonra necə? Sevdinmi? Heç sevmədim ????

Nəyə görə demirəm, kitabı oxuyun anlayacaqsınız ???? Bir tək onu deyə bilərəm ki çox qeyri-adi biraz da anormal insan olub Stiv. Yəni hər kəsin qəbul edə biləcəyi tip insanlardan olmayıb. Başqa cür düşünən, hərəkətləri, verdiyi qərarları bəzən insanda qıcıq yaradan insan tiplərindənmiş ????



Bundan əlavə o, qeyri-adi hissiyat sahibi, insanların nə istədyini onların özündən daha tez anlayan bir dahi olub. Məhz elə bu xüsusiyyətinə görə innovativ nəhəngə çevrilmişdir. Cobs koreyarası ərzində hər zaman uğurlu olmayıb, belə ki, zəif insanları yıxa biləcək bəzi uğursuzluqlara da məruz qalıb, ancaq hər yıxıldığında o, yenidən ayağa qalxır, karyerası ərzində möhtəşəm psixoloji dözümlülük göstərərək və yəhərlənərək hücuma atılırıdı. Daha önəmlisi isə özünün ideyalarını necə satmağı bacarırıdı. Bəs o, bunu necə bacarırdı? Həm funksional, həm də xarici görünüş olaraq yaxşı dizaynın təbliğatçısı olan Stiv necə uğur qazanırdı və metodları nə idi? Stiv Cobs kimi necə düşünmək olar? Bütün bu sualların cavabnı bu kiçik kitabdan əldə edə bilərsiniz.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar