Conatan Livinqston adlı Qağayı

Məhsul kodu: 4391

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Riçard Devid Bax
Kateqoriya
Proza , Uşaq Ədəbiyyatı , Macəra
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
120
Tərcümə
Hafiz Hacıoğlu
Təmin edilmə
1-3 İş günü
Stock
82

Qısa məzmun

Bu nǝdir?! Uşaqlar üçün yazılmış hekayǝmi, ibrǝtli povestmi, yoxsa motivasiya, ya da fǝlsǝfǝ kitabımı? Kitabı oxuyanlar bunu dǝqiq bilmǝsǝlǝr dǝ, bircǝ onu bilirlǝr ki, müǝllif möhtǝşǝm bir ǝsǝr yaradıb; böyükdǝn-kiçiyǝ hǝr kǝsin oxuyub özünǝ bir pay götürǝcǝyi ǝsǝr. Yazılan vaxt (1970) kitabın çapından 18 nǝşriyyat imtina etmişdi, yalnız bir nǝş- riyyatın tǝrǝddüdlǝ çap etmǝsindǝn qısa müddǝt sonra isǝ kitab bir milyon ǝdǝd satılmışdı. Daha sonra sürǝtlǝ dünya dillǝrinǝ tǝrcümǝ edilǝn kitab beynǝlxalq bestsellerǝ çevrildi. Tǝsadüfi deyil ki, bu ǝsǝr “oxunulması vacib olan kitab- lar” siyahılarında ön sıralarda yer alır. Müǝllif Riçard Bax istedadlı miniatür rǝssam kimi, az sözlǝ çox dǝyǝrli vǝ vaxt keçdikcǝ bu dǝyǝri artan bir ǝsǝr meydana çıxarmaǧı bacarıb.
Bu kitab bir Qaǧayının mübarizǝ hekayǝsidir; mǝhdudiyyǝtlǝrlǝ, “olmaz”larla barışmayan, yalnız yemǝk üçün uçmaq istǝmǝyǝn, daim yüksǝklǝrǝ can atan vǝ nǝhayǝt buna nail olan bir Qaǧayının, hǝm dǝ hǝr birimizin daxilindǝ yaşayan gerçǝk Qaǧayının.
Əsǝri oxuduqdan sonra daha dǝniz kǝnarındakı qaǧayılara adi quş kimi baxa bilmǝyǝcǝksiniz, hǝmişǝ xoş hisslǝrlǝ Conatanı xatırlayacaqsınız vǝ hǝm dǝ onun sizǝ öyrǝtdiklǝrini.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar