İradə Gücünün İnstinkti

Məhsul kodu: 4449

  • 16 AZN


Müəllif
Kelli Makqoniqal
Kateqoriya
Fərdi inkişaf-Motivasiya , Araşdırma , Elmi-Kütləvi
Nəşriyyat
Teas Press
Səhifə
324
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər.
Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün İradə gücü elmi adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs İradə gücünün instinkti kitabının əsasıdır. Bu kitab əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur.
Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. İradə gücünün instinkti məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar