Mən, Robot

Məhsul kodu: 4615

  • 6.99 AZN
  • 5.6 AZN


Müəllif
Ayzek Azimov
Kateqoriya
Proza , Fantastik
Nəşriyyat
Qanun
Səhifə
228
Tərcümə
Lalə İsmayılova
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Ayzek Azimov əsərlərini elmi fantastika janrında qələmə alan dünyanın üç ən böyük yazıçısından biridir. Yəhudi əsilli yazıçı uzun müddət ABŞ-ın önəmli universitetlərində dərs deyib. Lakin o, sadəcə biokimya professoru olmaqla kifayətlənməyib, bütün ömrünü elmin kütləviləşməsinə həsr edib. 500-ə qədər əsərin müəllifidir və yaratdığı, ilk dəfə istifadə etdiyi terminlər sonradan dünya elmində işləklik qazanıb.

“Mən, robot” müəllifin ən çox sevilən və dünyanın müxtəlif dillərinə tərcümə edilən kitablarındandır. Kitaba daxil olan hekayələr müstəqil süjet xətti ilə seçilsələr də, “robot və insan” qarşılaşdırmasına müxtəlif rakurslardan yanaşma, tanış qəhrəmanların üzləşdiyi çətin situasiyaların əvəzlənməsi baxımından sıx bağlıdırlar. A.Azimov Robotexnikanın Üç Əsas Qanununa ilk dəfə bu hekayələr toplusunda yer verib. Sonradan bu üç konsepsiya böyük populyarlıq qazanıb və onun digər əsərlərində də tez-tez yer alıb. Kitabı maraqlı edən digər bir məqam da dünyanın elmi gələcəyi ilə bağlı verilən proqnozların hekayələr fonunda bugünümüzlə necə real səsləşməsidir.

Kitabın orijinalı 1950-ci ildə çapdan çıxıb, Azərbaycan dilində isə ilk dəfədir oxuculara təqdim olunur.



Isaac Asimov I, ROBOT

Ayzek Azimov MƏN, ROBOT


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar