İşğal - Qarabağ Trilogiyası - II Kitab

Məhsul kodu: 4676

  • 4 AZN
  • 3.2 AZN


Müəllif
Sevindik Mehman
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qələm Nəşr
Səhifə
366
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

20 ildən çoxdur yarayan qanamıza çevrilən Qarabağ!
Artıq onsuz bir nəsil böyüyür bu ölkədə.
Qarabağ haqqında yalnız böyüklərdən eşitdikləri, televiziyalardan gördükləri, kitablardan, qəzetlərdən oxuduqları ilə kifayətlənən bir nəsil! O nəsil ki, nə ömründə bir yol Qarabağı görə bildi, nə də o doğma torpaqlar uğrunda savaşa şahidlik etdi.
Trilogiyanın müəllifi Sevindik Mehman öz əsərini Birinci Qarabağ müharibəsində həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsinə ithaf edib.
Trilogiyanın birinci kitabında 1992-ci ilin payız hərbi kampaniyasının gedişi zamanı Şuşa-Laçın civarında baş verən müharibə olayları yer alır. Əsərin ikinci və üçüncü kitablarının motivləri isə müharibənin atəşkəsə qədərki, həmçinin ondan sonrakı bir neçə ərzində baş vermiş mürəkkəb hərbi-siyasi hadisələrinin bir qismini əhatə edir.
Trilogiya demək olar ki, son zamanlar Azərbaycanda Qarabağ müharibəsi və işğal faktı haqqında yazılmış ən diqqətçəkici əsərlərdən biridir. Həm torpaqlarımıza təcavüzün necə gerçəkləşdiyi, həm də xalqımızın işğala qarşı dirənişi kitabın ümumi ruhunu təşkil edir.
İndi bizdə çoxları gileylənir ki, Azərbaycanda müharibə ədəbiyyatı yaranmır. Əlbəttə, belələrini tamamilə haqsız saymaq doğru olmazdı. Amma «Qələm» nəşriyyatının çap etdiyi «İşğal» - Qarabağ trilogiyası bizdə müharibə ədəbiyyatının yaranmadığı haqqında bəzən ifrata varan fikirlərə çox tutarlı cavabdır. İndi qalır bu əsəri oxumaq və daha çox adamın oxumasına nail olmaq!
Eyni zamanda Qarabağsız bir nəslin olanları dərindən və dəqiqliklə anlamasına yol açan «İşğal» - Qarabağ trilogiyasının hər bir evdə olması gərəkdiyinə inanırıq.
İstənilən savaş əvvəlcə ürəklərdə və beyinlərdə qazanılır! – bunu kimsə yaddan çıxarmamalıdır.
Elə üç kitabdan ibarət «İşğal» - Qarabağ trilogiyasının əsas missiyalarından biri də bu həqiqəti unutmağa imkan verməmək!
Qeyd edək ki, trilogiyanın müəllif hüquqları «Qələm» nəşriyyatına aiddir və xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri yaymaq qanuna ziddir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar