General Denstervilin Bakı Gündəliyi

Məhsul kodu: 4680

  • 6.99 AZN
  • 5.6 AZN


Müəllif
Vilayət Quliyev
Kateqoriya
Proza , Xatirə Ədəbiyyatı , Biqorafiya-Memuar
Nəşriyyat
Qanun
Səhifə
208
Tərcümə
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

Kitabda Bakı uğrunda mübarizənin şiddətli dövründə – 1918-ci ilin avqustunda eser-menşevik-daşnak alyansının – Sentrokaspi diktaturasının çağırışı ilə Azərbaycana gələn, ingilis işğal qüvvələri – Densterforsun və onun komandanı, general Lionel Denstervilin ölkəmizə və xalqımıza, Azərbaycan Cümhuriyyətinə qarşı çevrilmiş fəaliyyəti araşdırılır. Cənubi Qafqazda Böyük Britaniya maraqlarını qoruyan Densterfors bütün mümkün vasitələrlə Bakının həqiqi sahiblərinin – Azərbaycan türklərinin nəzarətinə keç­məsinə mane olmağa çalışırdı. Bu hərbi-siyasi avantürada onun ən yaxın müttəfiqi ermənilər idi. Tədqiqat pro­sesində əsas mənbə kimi ingilis generalının memuarla­rından və gündəliyindən istifadə edilib. Denstervilin gün­dəliyinin Bakı ilə bağlı hissələri müəllifin ingilis dilin­dən tərcüməsində əsərin “Əlavə” bölməsində verilib.

Ötən yüzilliyin mühüm hadi­səsinin – Bakının işğaldan azad olunmasının 100 illiyinin bayram edildiyi bir vaxtda işıq üzü görən kitab Azərbaycan Cümhuriyyəti hərbi birliklərinin və Qafqaz İslam ordusunun böyük tarixi zəfə­rini ingilis qaynaqları əsasında işıqlandırmaq baxımından ilk təşəbbüsdür.

Kitab tarixçilər, politoloqlar və ümumən geniş oxucu çevrəsi üçün maraq doğura bilər.

Dunstervil yaxud Dunsterforce – Əslində ingilis generalının soyadı və onun komandanı olduğu ordunun adı Azərbaycan dilinə müvafiq surətdə Danstervil və Dansterfors şəklində transkripsiya edilməlidir. Lakin indiyə qədər istər rus, istərsə də azərbaycandilli elmi ədəbiyyatda Denstervil və Densterfors variantlarından istifadə edildiyi üçün biz də qarışıqlıq yaratmamaq məqsədi ilə mövcud ənənədən kənara çıxmadıq” (Müəllif)


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar