Qara Qayalar

Məhsul kodu: 4773

  • 8 AZN
  • 6.4 AZN


Müəllif
Qunnar Qunnarsson
Kateqoriya
Proza
Nəşriyyat
Alatoran
Səhifə
300
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Yazıçı haqqında:
Novellalar müəllifi, şair, dramatist Qunnar Qunnarsson(1889-1975) İslandiyalı yazıçı olsa da əsərlərini daha çox Danimarka dilində yazmışdır. O, bu əsərlərini daha geniş auditoriyaya çıxara bilmək üçün etmişdir. Müraciət etdiyi bütün janrlarda olduqca böyük uğur qazanan Qunnarsson, ömrünün bir hissəsini Danimarkada yaşasa da sonralar İslandiyaya köçüb 1948-ci ilə kimi burada yaşamışdır. O, İsland kənd həyatının, adi İsland vətəndaşının gündəlik qayğılarını, problemlərini əsərlərində usta qələmlə təsvir etmişdir. Əsərləri arasında ən diqqətçəkəni Borgslægtens Historie - Borq ailəsinin əhvalatı olmuşdur. Yazdığı kitablar xüsusilə Danimarka və Almaniyada məşhurdur.

Kitab haqqında:
1928-ci ildə yazılan bu roman, 1802-ci ildə İslandiyada törədilmiş bir cinayətdən, təcrid olunmuş fermada yaşayan iki cütlükdən bəhs edir. Cütlüklərdən birində ər yoxa çıxır, digər cütlükdə də arvad ölüncə, polis sağ qalanları həbs edib ölüm cəzasına məhkum edir. Əsərdə Qunnarson insanın Allah qarşısında və insanın insan qarşısında mühakimə olunmasından bəhs edir. Çox güclü, sirayətedici səhnələrdən istifadə edərək insan övladının bir-birinə qarşı müxtəlif vəziyyətlərdə davranış tərzini və seçimini çılpaq şəkildə ortaya qoyur. Fermada, əslində, nə baş verdiyini biz üçüncü şəxsin dilindən eşidirik. Hadisələr gözlənilməz məcrada inkişaf edir, bizi dərin, psixoloji sarsıntı keçirən üçüncü şəxsin iç dünyası ilə, eləcə də ölüm hökmünə məruz qalan həmin iki sağ qalanla qiyabi dialoqa salır. Kitabın əsas qayəsini, təmiz ruh, təmiz vicdan, düzgün mühakimə və dərin psixoloji elementlər təşkil edir...


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar