Koralina

Məhsul kodu: 4785

  • 7.4 AZN
  • 5.9 AZN


Müəllif
Neil Gaiman
Kateqoriya
Proza , Uşaq Ədəbiyyatı , Macəra , Elmi-Fantastik , Fantastik
Nəşriyyat
Qanun
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
83

Qısa məzmun

“Koralina” povesti tanınmış ingilis yazıçı-fantastı Nil Geymanın ən məşhur əsərlərindəndir. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş bu əsərdə cəsarətli, ağıllı və hər şeylə maraqlanan balaca Koralinanın başına gələnlər təsvir edilib.
Real dünyada daim məşğul görünən valideynləri Kora­li­nanı çox sevsələr də, ona yetərincə vaxt ayırmırlar. Buna görə də qızcığaz darıxaraq özü üçün macəra axtarışına çıxır və başqa bir aləmə – paralel dünyaya düşür. Olduqca şirnikləndirici təsir bağışlayan həmin aləmdə Koralina düyməgözlü cadugər ananın tələsində çətin sınaqlarla üz-üzə qalır. Qondarma ana ona həmişəlik orada qalmağı təklif edir, lakin bundan ötrü qızın da gözlərinin yerinə düymələr tikilməlidir. Koralina bundan imtina edir, ona yardımçı olan pişiyin və gözmuncuğu olan dəlikli daşın köməkliyi ilə bütün çətinliklərə sinə gərərək özünü və ifritənin əsarətinə düşmüş valideynləri ilə üç kabus uşağı da xilas edir. Bütün bunlar əsərdə maraqlı bədii ifadələrlə qələmə alınıb.
“Koralina” əsəri 2003-cü ildə “Hugo”, “Nebula”, “Bram Stoker” mükafatlarına, həmçinin “Locus” jurnalının və Britaniya elmi fantastika assosiasiyasının ödüllərinə layiq görülüb. Povestin motivləri əsasında 2009-cu ildə animasiya filmi çəkilib.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar