Əsl İnamlı

Məhsul kodu: 4850

  • 6 AZN
  • 4.8 AZN


Müəllif
Erik Hoffer
Kateqoriya
Sosiologiya , Araşdırma , Siyasət , Elmi-Kütləvi
Nəşriyyat
Səhifə
225
Tərcümə
Mirmehdi Ağaoğlu
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

İnsanlar kütlə hərəkatlarına qatılmağa hazır olduqları zaman ancaq təlimi və ya təbliğat proqramı olan müəyyən hərəkata deyil, xüsusən təsirli olan istənilən hərəkata qatıla bilərlər. Hitlerdən əvvəlki Almaniyada yaşayan gənclər kommunist və ya nasist partiyasına qoşulmaq üçün çox vaxt püşkatmadan istifadə edirdilər. Çar Rusiyasının son illərində yəhudilər ya sionizmə, ya da kommunist inqilabına qoşulmağa hazır idilər. Bir ailənin bəzi üzvləri inqilabçılara, digərləri də sionistlərə qoşulurdu. Doktor Charles Weizmann anasının o dövrdə belə dediyini xatırlayır: “Nə olursa olsun, nəticə ürəyimcədir. Əgər Samuel (inqilabçı oğul) haqlı çıxsa Rusiyada hamımız xoşbəxt yaşayacağıq; əgər Haim (sionist oğul) haqlı çıxsa o zaman Fələstinə köçüb orada yaşayacağıq.”



Hər cür kütlə hərəkatına qoşulma meylliliyi bəzən əsl inamlı olmağa namizəd insanın müəyyən bir kütlə hərəkatının alovlu tərəfdarına çevrilməsindən sonra da davam edir. Kütlə hərəkatlarının bir-birləri ilə şiddətli rəqabət apardığı yerlərdə belə ən alovlu tərəfdarlar arasında bir hərəkatdan digərinə keçənlərə tez-tez rast gəlmək olur. Saulun Paula çevrilməsi nə nadir hadisədir, nə də möcüzə. Dövrümüzdə hər bir kütlə hərəkatı rəqibinin alovlu tərəfdarlarına özünün potensial tərəfdarı kimi baxır. Hitler alman kommunistlərinə potensial nasional-sosialistlər kimi baxır və deyirdi: “Xırda burjuaziyadan olan sosial demokratlar və həmkarlar ittifaqlarının rəhbərlərindən heç vaxt nasional-sosialist çıxmayacaq, amma kommunistlər arasından həmişə çıxacaq.” Kapitan Rem ən qatı kommunisti belə dörd həftəyə parlaq bir nasional sosialistə çevirə bilməyi ilə öyünürdü. Digər tərəfdən Karl Radek də qəhvəyi köynəkli nasistlərə ehtiyat kommunistlər kimi baxırdı.



Bütün kütlə hərəkatları tərəfdarlarını eyni tip insanlar arasından seçdiyinə və eyni düşüncə tərzindəkilərə xitab etdiyinə görə:



1) Bütün kütlə hərəkatları bir-biri ilə rəqabət aparır və birinin əldə etdiyi tərəfdar digəri üçün itkidir;
2) Bütün kütlə hərəkatları bir-birinin yerini tuta bilər. Bir kütlə hərəkatı özünü asanlıqla başqa bir kütlə hərəkatına çevirə bilər. Dini hərəkat sosial inqilaba və ya millətçi hərəkata çevrilə bilər; sosial inqilab mübariz millətçi və ya dini hərəkata çevrilə bilər; millətçi hərəkat sosial inqilaba və ya dini hərəkata çevrilə bilər.



Kütlə hərəkatları xarakterləri etibarı ilə nadir hallarda bir istiqamətli olurlar. Adətən bir kütlə hərəkatı başqa tip kütlə hərəkatlarının xarakterlərini də özündə cəmləyir. Bəzən iki və ya üç ayrı hərəkat bir hərəkat şəklində də birləşə bilər. Musa peyğəmbərin dövründə əsir yəhudilərin üsyan edərək Misirdən çıxması həm dini, həm də millətçi hərəkat idi. Yaponların mübariz millətçiliyi əslində dinidir. Böyük Fransa İnqilabı yeni bir din şəklini almışdı; belə ki, “bu dinin əsas qayəsi “Azadlıq və müqəddəs Bərabərlik” şəklində inqilabın prinsiplərinə çevrilmişdi. Hətta dünyəvi bayramlarda tətbiq edilən özünəməxsus və katolik mərasimlərindən gəlmə ibadət forması da vardı. Üstəlik inqilabın azadlıq şəhidləri, qəhrəmanları və müqəddəsləri vardır”. Fransa İnqilabı həm də millətçi hərəkat idi. Parlament ölkənin hər tərəfinə “Vətəndaşlar vətən üçün doğulur, vətən üçün yaşayır və vətən üçün ölürlər” ibarəsi asılmış abidələr tikilməsi üçün 1792-ci ildə qərarnamə çıxarmışdı.

XVI əsrdə Reformasiya dövrünün dini hərəkatları kəndlilərin üsyana qalxmasından da aydın olduğu kimi inqilabi xarakterə malik idi və bu hərəkatlar həm də millətçi hərəkatlar idi. Lüter belə demişdi: “İtalyanların gözündə biz almanlar mənfur german donuzlarından başqa bir şey deyilik. Onlar bizi şarlatan kimi istismar edir, ölkəmizi iliyinə qədər sovururlar. Oyan, Almaniya!

Bolşevik və nasist inqilablarının dini xarakterlərinin olması hamıya məlumdur. Oraq-çəkic və svastika bütləşdirilib. Bunların rəsmi keçid və parad mərasimləri dini mərasimlər kimidir. Bolşevik və nasist inqilabları eyni zamanda nəhəng millətçi hərəkatlardır. Nasist inqilabi lap əvvəlindən millətçi idi, amma bolşeviklərin millətçiliyi sonradan formalaşdı.

Sionizm həm millətçi hərəkat, həm də sosial inqilabdır. Eyni zamanda ortodoksal yəhudinin düşüncəsinə görə dini hərəkatdır. İrlandiya millətçiliyi tünd dini çalara malikdir. Hazırda Asiyada formalaşan kütlə hərəkatları həm millətçi, həm də inqilabçıdır.


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar