Uşaq Ürəyi

Məhsul kodu: 8039

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Edmondo de Amiçis
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Strauss
Səhifə
286
Tərcümə
İmanyar Quliyev
Təmin edilmə
1-3 İş günü
Stock
78

Qısa məzmun

“Uşaq ürəyi” uşaqlar üçün vəfalı bir dost, valideyn və müəllimlər üçün ələdüşməz bələdçi, müəllimlər üçün isə zəngin həyat təcrübələrindən ibarət bir laboratoriyadır.

“Uşaq ürəyi” İtalyan xalqının böyük yazıçısı, pedaqoq Edmondo de Amiçisin şah əsəri, klassik uşaq ədəbiyyatının nadir nümunəsidir. O, bu kitabı oğlunun ibtidai məktəbdə tutduğu gündəliklər əsasında qələmə almışdır. İlk dəfə 1886-cı ildə nəşr olunan kitab, demək olar ki, bütün dünya dillərinə tərcümə olunmuşdur. Pedaqogika mütəxəssisləri bu əsəri “Dünyanın ən faydalı uşaq kitabı” kimi qəbul edirlər. Bu kitabı fransız dilinə tərcümə edən yazıçı A.Piazzi əsəri yüksək qiymətləndirir: “Bu kitabı oxumayan uşaq bədbəxt sayılır. Bu kitabı uşaqlarına oxutmayan ana-ata və müəllimlər buna görə məsuliyyət daşıyırlar. Və bu kitabın oxudulmadığı məktəb məktəb deyildir”. 100 ildən çoxdur, bütün dünyanı dolaşan və uşaqların əlindən düşməyən bu klassik əsərin dilimizdə nəşr olunması əlamətdar hadisədir.

Uşaq ürəyi”nin başlıca amalı sabahın böyükləri olacaq uşaqlarımızı yaxşıya, gözələ, doğruya yönəltmək və onları yaxşı insan - yaxşı vətəndaş olaraq ailə, cəmiyyət və bəşəriyyət üçün faydalı bir fərd kimi yetişdirməkdir. Bir uşağa ən böyük yaxşılığı etmək istəyirisinizsə, ona Uşaq ürəyi”ni oxudun. Qoy uşağın qəlbi bu kitabla döyünsün, əxlaqı bu əsərlə gözəlləşsin. Uşaq ürəyi”ni oxuyan və kitabdakı qəhrəmanın keçirdiyi hisləri yaşayan bir uşaq pis insan olmaz.

Bu kitabda hər şey var: valideyn sevgisi, vətən məhəbbəti, xeyirxahlıq, dostluqda vəfa, elmin dəyəri, çalışqanlıq, zəhmətin ucalığı... Ən əsası da hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub... Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır..


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar