Hümbət Həsənoğlunun Aforizmləri

Məhsul kodu: 8333

  • 5 AZN
  • 4 AZN


Müəllif
Hümbət Həsənoğlu
Kateqoriya
Proza , Fəlsəfə
Nəşriyyat
Qanun
Səhifə
150
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki afo­rizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi dillər əzbəri olur, insanlar onlardan çox bəhrələnirlər. Mən dünyada bir çox yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizm və sitatlar dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Bu isə müəllifdən orijinal düşüncə tələb edir. Ona görə də aforizm yazmağa hətta yüksək təfəkkürlü insanlar belə çox vaxt cürət etmirlər. Çünki bu işin məsuliyyətini başa düşürlər. Deməli, aforizmlər müəllifi çox böyük təfəkkürə, dərin ağıla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma, təxəyyülə malik olmalıdır. Bununla yanaşı, çoxlu aforizmlər və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, öz aforizmlərində təsadüfən başqa müəllifləri təkrar etməsin.
Qarşımda yaxından tanıdığım, maraqlı yazıçı Hümbət Həsənoğlunun yeni “Aforizmlər” kitabı var. Burada müəl­lifin 1400-ə qədər aforizmi toplanıb. Bu onun ikinci “Aforizmlər” kitabıdır. Mən onun birinci aforizmlər kitabını da oxumuşdum və həmin kitaba da ön söz yazmaq mənə nəsib olmuşdu. Bu kitabı da böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, böyük fəlsəfi düşüncəyə malik olmasına heyran oldum.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar