Şantaram

Məhsul kodu: 8685

  • 24.9 AZN
  • 19.9 AZN


Müəllif
Gregory David Roberts
Kateqoriya
Proza , Dramatik , Macəra
Nəşriyyat
Qanun
Səhifə
832
Tərcümə
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub. “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir...


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar