Sözlər və Nəsnələr

Məhsul kodu: 8724

  • 15 AZN
  • 12 AZN


Müəllif
Michel Foucault
Kateqoriya
Fəlsəfə , Elmi-Kütləvi , Araşdırma
Nəşriyyat
Alatoran
Səhifə
474
Tərcümə
Qorxmaz Quliyev
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Bu kitab Borxesin bir mətnindən, adət etdiyimiz, zaman və məkan baxımından bizə xas olan düşüncə tərzimizi, bizdən ötrü saysız-hesabsız varlıqları nizamlayan bütün koordinatları və müstəviləri sarsıdan, nəticədə bizim Eyni və Başqa haqqında minillik təcrübəmizi alt-üst edən gülüşdən meydana gəlmişdir. Bu mətn guya hansı isə bir çin ensiklopediyasından sitat gətirir. Orada göstərilir ki, “heyvanlar aşağıdakı kimi təsnif olunurlar: a) imperatora məxsus olanlar; b) balzamlaşdırılmışlar; c) əhliləşdirilmişlər; ç) südəmər donuz balaları; d) dəniz pəriləri; e) əfsanələrdəkilər; ə) sərgərdan itlər; f) özlərini dəlisayağı aparanlar; g) saysız-hesabsızlar; ğ) dəvə yunundan hazırlanmış son dərəcə incə fırça ilə çəkilmişlər; h) bu təsnifata daxil olunmuşlar; x) elə bir az bundan əvvəl səhəngi qıranlar; ı) uzaqdan milçək kimi görünənlər.” Belə bir təsnifatın önündə təəccübdən donub qalırıq – bu cür düşünmək qətiyyən mümkün deyil. Bu alleqoriya nəzərlərimiz önündə fərqli düşüncə tərzinin ekzotik cazibədarlığını açıqlayır.

Məhz nəyi dərk etmək mümkün deyil və burada söhbət hansı mümkünsüzlükdən gedir? Bu qəribə bölümlərdən hər birini dəqiq şəkildə mənalandırmaq və onların konkret məzmununu müəyyən etmək olar. Onlardan bəziləri həqiqətən fantastik məxluqları - əfsanəvi heyvanları və dəniz pərilərini ehtiva edirlər. Lakin bu varlıqları fərqləndirməklə çin ensiklopediyası onların başqaları ilə eyniləşdirilməsinin qarşısını alır. Bu təsnifat gerçək heyvanları (özlərini dəlisayağı aparanları, bir az bundan əvvəl səhəngi qıranları) yalnız təxəyyülün məhsulu olanlardan fərqləndirir. Beləliklə, dəhşətli qarmaqarışıqlığın qarşısı alınır, gerblər və təmsillər özlərinə layiq yerlərdə qərarlaşırlar. Ağlasığmaz amfibiyalar, caynaqlı qanadlar, iyrənc pul-pul dərilər, cilddən cildə girən, şeytan simalı, ağzından od püskürən azmanlar bu təsnifatdan kənarda qalmışlar. Müdhişlik nə real, nə də təxəyyülün məhsulu olan heyvanları səciyyələndirmir. Bu heç bir qəribə bacarıqdan xəbər vermir. Əgər müdhişlik bəzi varlıqları digərlərindən fərqləndirən boşluqlara və aralıqlara nüfuz etməsəydi, bu təsnifatda ümumiyyətlə öz əksini tapmazdı. Mümkünsüzlük heç də “əfsanəvi” heyvanlarla bağlı deyil, çünki təsnifatda onlar elə bu şəkildə təqdim olunmuşlar. Məsələ onların sərgərdan itlərlə və yaxud uzaqdan milçək kimi görünən heyvanlarla yaxın olmaları ilə bağlıdır. Məhz hər bir kateqoriyanı bütün digərləri ilə birləşdirən əlifba sırasının özü (a, b, c, ç) hər hansı bir təxəyyülün, hər hansı bir düşüncə tərzinin imkanları xaricindədir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar