Terreo Gəmisinin Sirri

Məhsul kodu: 8743

  • 5.99 AZN
  • 4.8 AZN


Müəllif
Anar İsmayıl
Kateqoriya
Proza , Detektiv , Tarix , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qanun
Səhifə
160
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Romanda Səfəvi hökmdarı İkinci Şah Abbasın hakimiyyət illərində Divanxana Katibliyindən Mirzə İman Zülqədər və şah qulamı Barsoğlu Yunisin İstanbula (Konstantiniyyəyə) gedən elçi heyətinin tərkibində səfərə qoşulması və başlarına gələn hadisələrdən bəhs edilir. Mirzə İman hələ İsfahanda olarkən latın dilində kitablarla maraqlanır və səfarətin tərkibinə daxil edilməsi ilə Osmanlı paytaxtından bu kitabları əldə edəcəyini ümid edir. Elçi heyəti İstanbula çatır, hörmətlə qarşılanıb yerləşdirilir. Mirzə İman əsas niyyətinə çatmaq üçün latın dilində kitablar almağa çalışır. Ancaq buna nail ola bilmir və başqa bir şəhərdən bu kitabları əldə etmək üçün dəniz quldurlarına qoşulmağa məcbur olur. Dostu və səfər yoldaşı Bars­oğlu da onu tək qoymur. Beləliklə əsas hadisələr də başlayır. İki dost anidən sirli cinayətlər, düşmən gəmilərinin təqibi və onlara dostca davranmayan dəniz quldurlarının arasında müəmmalı hadisələri araşdırmağa başlamalı olur. Yeganə çıxış yolları isə tez bir zamanda qatili tapmaqdır. Əks halda onları əsarət və ölüm gözləyir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar