Böyük Ümidlər

Məhsul kodu: 8794

  • 20 AZN
  • 16 AZN


Müəllif
Çarlz Dikkens
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
704
Tərcümə
Təmin edilmə
1 İş günü
Stock
100

Qısa məzmun

“Bütün ingilis dünyası Dikkensi sevir; 19-cu əsrdə dünyanın heç bir yerində yazıçı ilə onun xalqı arasında bu dərə-cədə dərin qəlbi bağlılıq olmayıb. Bu məşhurluq bir fişəng kimi qəfil partlamış, ancaq heç vaxt sönməmişdir. Dikkens günəş kimi daim dünyaya öz şəfəqlərini saçacaq”. Ştefan Svayq

Dikkens uşaq yaşlarında səfil həyat tərzi sürüb. Bu iztirablı tale onun bütün yaradıcılığında əks olunub. Onun qəh-rəmanlarının əksəriyyəti kasıb, köməksiz, yetim uşaqlardır. Ancaq o bu sadə uşaqların içindəki burjuaziya tərəfindən aşağılanan təmiz hisslərini ədəbiyyata çevirməyi bacararaq üstündəki tozu təmizləyib cilaladı və ortaya ulduz kimi parlaq, əsrarəngiz əsərlər çıxardı.

Böyük yazıçının səmadakı ulduzlarından biri də onun “Böyük ümidlər” romanıdır. Mükəmməl süjet xətti, yaddaş-lardan silinməyən qəhrəmanları ilə bütün dövrlərdə oxunan bu roman dünya klassikasının bənzərsiz nümunələrin-dən hesab olunur.

Əsər 7 yaşlı Pipin ağrı-acılı taleyindən bəhs edir. Dikkens bizə Viktoriya dövrünün bütün o nostalji və qrotesk ab-havasını, əxlaq kanonlarını, insan psixologiyasının dərin qatlarını öz yaradıcı təxəyyülündə yoğurub Pipin “böyük ümidlər”i fonunda təqdim edir.

Oxucu elə ilk fəsillərdən həyəcanlı bir macəranın içinə daxil olur, ehtiraslı bir maraqla hadisələrin necə bitəcəyini bilmək istəyir.

Bir sözlə, Ç. Dikkens “Böyük ümidlər” əsəri ilə həm oxucuların, həm də yazıçıların qəlbini fəth etməyi bacarıb.


Çatdırılma şərtləri

Metrodaxili
1 AZN
Şəhərdaxili
2 AZN
Sumqayıt və ətraf ərazilər
3 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar