Relslər Üzərinə Uzanmış Adam

Məhsul kodu: 9295

  • 9 AZN
  • 7.2 AZN


Müəllif
Rövşən Abdullaoğlu
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qədim Qala
Səhifə
400
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan və heç bir nəticə ala bil­mə­yən bu şəxs xilas yolunu yalnız intiharda görür. Beləliklə, relslər üzə­ri­nə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə in­ti­har for­ması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz de­yildir.

Relslər üzərində ölüm qatarını gözləyərkən yanına intihar üçün daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keç­mişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş həyatını tamamilə də­yişəcəkdir. Bu yad insanla o, bir-birilərinə daxili cəhənnəmlərinin qa­pı­sı­nı açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən həlledici və dəhşətli seçimi qarşısında qo­ya­caq­dır. Özü də bir deyil, bir neçə amansız seçim…

Bu annotasiya ilə tanış olan oxucu elə güman edə bilər ki, əsərin qəh­rə­manı relslər üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas hadisələrin başlanması üçün yalnız bir müqəddimədirlər. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin həm də ən bö­yük qurbanlarıdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar