Koroğlu

Məhsul kodu: 9331

  • 3.5 AZN
  • 2.8 AZN


Müəllif
Kateqoriya
Proza , Uşaq Ədəbiyyatı
Nəşriyyat
Altun Kitab
Səhifə
144
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
82

Qısa məzmun

Koroğlu bir çox türk xalqlarının ortaq folklor qəhrəmanıdır. Tədqiqatçılar onun tarixi şəxsiyyət olduğunu bildirirlər. Araşdırmalarda qeyd edilir ki, Koroğlu XVI əsrin sonunda Azərbaycanda Osmanlı imperiyasına qarşı mübarizə aparan Cəlalilər Hərəkatının fəal üzvlərindən biri olmuşdur. Tarixi mənbələrdə onunla yanaşı Dəli Həsənin, Kosa Səfərin, Tanrıtanımazın, Gizir oğlu Mustafa bəyin də adı çəkilir. Belə güman etmək olar ki, Koroğlu həm də ustad aşıq olduğuna və şeir qoşduğuna görə daha məşhur olmuşdur.
Maraqlıdır ki, əsrlər boyu yalnız aşıqların ifasında yaşayan Koroğlu dastanı ilk dəfə XIX əsrin I yarısında çox qısa variantda əvvəlcə alman, sonra ingilis və rus dillərində nəşr olunmuşdur. Dastanın daha dolğun variantının nəşri isə XX əsrin 40-cı illərinə təsadüf edir. 1949-cu ildə Bakıda 17 qoldan ibarət Koroğlu nəşr olunmuş, bir neçə il sonra isə daha bir qol - Mərcan xanımın Çənlibelə gəlməyi əlavə edilmişdir. Eposu dərindən araşdıran ədəbiyyat tarixçiləri onun başqa qollarının da olduğunu söyləyirlər.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu kitab görkəmli alim M.H.Təhmasib tərəfindən tərtib olunmuş dastanın sadələşdirilmiş və ixtisar olunmuş variantı olsa da, burada dastanın bütün qolları öz əksini tapmışdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar