Qırmızı Yaylıqlı Qovağım Mənim

Məhsul kodu: 9345

  • 6 AZN
  • 4.8 AZN


Müəllif
Çingiz Aytmatov
Kateqoriya
Klassika , Proza , Romantika , Dramatik
Nəşriyyat
Teas Press
Səhifə
202
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Bu kitaba dünyanın ən böyük yazıçılarından olan Çingiz Aytmatovun 1963-cü ildə ali ədəbi mükafatlara layiq görülmüş üç povesti – “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” və “İlk müəllim” povestləri daxil edilib. Üç sehirli əsər, böyüklər üçün üç maraqlı nağıl... Yaşın neçə olur-olsun, dünyanın harasında olursan-ol, Aytmatovu oxumağa başladığın an tamam başqa aləmə düşür, sözün ecazkar sehrinə qapılırsan. Oxucunun duyğularını istədiyi kimi yönləndirmək, onu ağlatmaq, kədərləndirmək və ya sevindirmək yazıçı üçün su içmək qədər asandır. Bu əsərlərdə özünə doğma olan nələrisə tapır, süjetin içində əriyib itirsən. “Qırmızıyaylıqlı qovağım mənim” povestində İlyasla Aselin sevgisinə, insan mənəviyyatındakı ziddiyyətlərə, sevinc, kədər, ağrı və təəssüfün kollajına tamaşa edəcəyik. “Köşək gözü”ndə xeyirlə şərin əbədi mübarizəsini kiçik insanların kiçik həyatı fonunda izləyəcəyik. Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
Səkkiz və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar