Həyat Müdrikliyi Aforizmləri

Məhsul kodu: 9502

  • 10 AZN
  • 8 AZN


Müəllif
Arthur Schopenhauer
Kateqoriya
Fəlsəfə , Elmi-Kütləvi
Nəşriyyat
Alatoran
Səhifə
350
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Artur Şopenhauer, düşüncələri bütün Avropa kulturasında geniş yayılmış olan böyük alman filosofudur. “Dünya kor iradə və təsəvvür kimi” adlı şahəsərində həyatın fəlsəfi qavrayışının bütöv mənzərəsini ərsəyə gətirən Şopenhauer haqlı olaraq ən əhəmiyyətli və məşhur alman mütəfəkkirlərindən biri hesab edilir. Onun on doqquzuncu əsrin ikinci yarısının və iyirminci əsrin elminə və kulturasına göstərdiyi təsir danılmazdır. Çox sayda alim və sənətkar Şopenhauer düşüncələrinin cəsurluğunu və dərinliyini təqdir etmişlər. Bunlar arasında Fridrix Nitsşe, Albert Eynşteyn, Lev Tolstoy, Lüdviq Vitqenşteyn, Xorxe Luis Borxes, Karl Popper, Andrey Belıy, Rixard Vaqner də vardır. Şopenhauerin mətnlərinə fəlsəfə ilə incəsənətin sintezi, amansız, möhkəm məntiqlə xəyal gücündən doğan coşğunluğun ahəngdarlığı xasdır. “Həyat müdrikliyi aforizmləri” əsəri yeni dövr Avropa fəlsəfəsinin mühüm və məşhur etik əsərlərindən biridir. “Dünya kor iradə və təsəvvür kimi” əsərindən qidalanan bu traktatda filosofun təlim-tərbiyəyə, həyati vəzifələrə, taleyə, tənhalığa dair düşüncələri, həyatın idrak olunmasıyla bağlı yaratdığı parlaq və yekparə fəlsəfi tablo ifadə edilmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar