İmam Əli (5 Cild)

Məhsul kodu: 9692

  • 45 AZN
  • 40.1 AZN


Müəllif
Corc Cordaq
Kateqoriya
Biqorafiya-Memuar , Araşdırma , Din
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
1000
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
78

Qısa məzmun

İmam Əli haqqında yüzlərlə kitab yazılıb. Minlərlə kitabda, yüz minlərlə məqalə və çıxışda İmam Əlidən sitatlar gətirilib. Yüz mil- yonlarla insan müxtəlif yollarla ona öz sevgisini bildirib. Ancaq xris- tian alimi Corc Cordaq yazdığı “İmam Əli – İnsan ədalətinin səsi” kitabı ilə bu böyük şəxsiyyəti tamamilə yeni bir üslubda təqdim edir. Cordaq İmam Əlinin şəxsiyyətini tanıtdırarkən qarşımızda sağ- lam və nümunəvi bir şəxs canlanır. Müəllif İmamı müqəddəsləşdir- mir, əksinə, onun hikmətli kəlamlarını təhlil edərək göstərir ki, is- tənilən bəşər övladı insanlığın bu uca zirvəsinə çata bilər. Kitabda İmam Əlinin daha çox rəhbərlik, xalqa əl tutmaq, onlara yol gös- tərmək kimi xüsusiyyətlərindən bəhs olunur. İmam buyurur: “Mənə müsəlmanların rəhbəri deyildiyi halda, necə ola bilər, onların çətin günlərinin həmdəmi və şəriki olmayım?!” Əsərin “İmam Əli və insan hüquqları” adlı birinci cildində insa- nın əsl dəyərinin kamil insan güzgüsündə necə möhtəşəm şəkildə əks olunduğunu görəcəksiniz.

Corc Cordaq İmam Əlinin nə qədər böyük bir şəxsiyyət olduğu- nu göstərmək üçün Böyük Fransa inqilabını heç də təsadüfi olaraq seçməyib. Bu inqilab Fransa və Avropa siyasi tarixində köklü dəyi- şikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biridir. Cordaq inqilabı yaradan şəxsiyyətlərin proseslərdəki rolunu izah etmək üçün əvvəlcə insanlıq tarixinə ümumi bir ekskursiya edir, in- sanlığın nə qədər tənəzzülə uğradığını, tarixin qaranlıq səhifələri- nin nə qədər ürəkağrıdan olduğunu, insani dəyərlərin necə məhv edildiyini, şəxslərin hətta minimum insan haqlarından necə məh- rum olduğunu, ağlasığmaz işgəncələrə məruz qaldığını göstərir. Müəllif Böyük Fransa inqilabı nəticəsində qəbul edilən İnsan hü- quqları Bəyannaməsi və Ümumdünya İnsan hüquqları Bəyannamə- sinin ehtiva etdiyi qanunlarla, çox-çox əvvəl yaşamış İmam Əlinin təqdim etdiyi qanunların müqayisəsini aparır. Cordaq bununla həm İmam Əlinin özündən əvvəl yaşamış insanların ucala bilmədiyi han- sı zirvədə olduğunu, həm də özündən sonrakı tarixi neçə min illər qabaqladığını göstərməyə çalışır

Müsahibələrinin birində Corc Cordaqdan soruşurlar ki, nə üçün İmam Əlini Platon, Aristotel və digərləri ilə yox, məhz Sokratla mü- qayisə etdin. O da “Sokrat bütün bunların müəllimidir, İmam Əli isə özündən əvvəlki və sonrakı bütün filosofların öndəridir”, – deyə cavab verir. Bu kitabda müəllif İmam Əli ilə Sokratın əsas həyat prinsiplə- rini qeyd etdikdən sonra onlar arasında müqayisə aparır, oxşar və fərqli cəhətlərini tədqiq edir. Uzun araşdırmadan sonra belə qə- naətə gəlir ki, bu filosofların təlimlərindəki fəzilətlərin iki əsas və praktiki məqsədi var: fərdin və cəmiyyətin xoşbəxtliyinə nail ol- maq, insan ruhunu həqiqəti tapmağa əsaslanan dəyişməz istiqa- mətə doğru yüksəltmək. Livanlı professor “İmam Əli və Sokrat” adlı bu cilddə oxucunu əsl filosof və fəlsəfə ilə tanış edir, bu əzəmətli şəxslərin prizmasın- dan fəlsəfənin əsl məqsədinin nə olduğunu açıqlamağa çalışır

Corc Cordaq kitabın bu cildində İmam Əlinin yaşadığı dövrün insanlarının, həm Bəni-Üməyyə, həm də Əbutalib xanədanının və onların tərəfdarlarının əsas xüsusiyyətlərini təsvir edir. Cordaqın fikrincə, şəhvətpərəstlik, hakimiyyət hərisliyi və mənfəətpərəstlik Bəni-Üməyyə xanədanına xas idi. Məhz bu əhval-ruhiyyə onların tərəfdarlarına, habelə onlarla eyni mövqedə olan insanlara da si- rayət etmişdi. Müəllif həmçinin kitabda xalqın Osman ibn Əffan və onun tərəf- darlarına qarşı qaldırdığı qiyamın əsl səbəbləri haqda məlumat ve- rir. Daha sonra İmam Əlinin necə xəlifə seçilməsi, xəlifə seçildikdən sonra daxildə baş verən Cəməl, Siffin və xəvariclə olan döyüşləri- nin səbəbləri və nəticələrinə aydınlıq gətirir. Sonda Əlinin qətlinin səbəblərini, xəyanətin hansı təfəkkürdən qaynaqlandığını izah etməyə çalışır və kitabı İmam Əlinin hüznlü şəhadətinin təsviri ilə sona çatdırır.

Corc Cordaq “İmam Əli və ərəb etnosu” adlandırdığı bu cilddə milliyyət anlayışını daha fərqli və məqbul bir formada izah etməyə çalışıb. O yazır ki, milliyyət barədə müxtəlif nəzəriyyələr və fərziy- yələr mövcuddur. Bu nəzəriyyələr əhatə dairəsi, əlamət və forma cəhətindən bir-birindən fərqlənsələr də, onların hamısının həqiqəti birdir: milliyyət insanlıqdan başqa bir şey deyil. Bu anlayış insanlıq faktoru olmadan heç bir məna kəsb etmir. İmam Əli ərəblərin zəka və ağıl cəhətindən ən ali nümunəsidir. Əslində, onun bu baxımdan dünyada rəqibi yoxdur, zəkası məkan və zaman sərhədlərini aşıb əbədi olaraq ümumbəşəri səviyyəyə yüksəlib. Əbutalibin oğlu azadlıq anlayışının ən ali örnəyidir. Əliyə görə, insanlar danışdıqları və etdikləri işlərdə azad olmalıdırlar, am- ma bu azadlıq sosial azadlığa zərbə vurmamalıdır. Müəllif əsər boyu Əlinin, özünü ayrı-ayrı situasiyalarda büruzə verən üstün cəhətlərini dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin qəbul etdiyi dəyərlər kontekstində təqdim etməyə çalışıb.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar