Uğursuz Gecə

Məhsul kodu: 9759

  • 8.9 AZN
  • 7.1 AZN


Müəllif
Elxan Elatlı
Kateqoriya
Proza , Detektiv , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Teas Press
Səhifə
332
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başına da getməyə hazırdır. Qardaşları da yeganə bacılarını dünyalarca sevir... Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi isə sevgidən doymayan bu cılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal haradan biləydi ki, bu sərbəstliyi ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da...


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
On və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar