Necə Ölməməli

Məhsul kodu: 9761

  • 14.9 AZN
  • 11.9 AZN


Müəllif
Maykl Qreger , Gene Ston
Kateqoriya
Fərdi inkişaf-Motivasiya , Araşdırma , Elmi-Kütləvi
Nəşriyyat
Teas Press
Səhifə
560
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Necə ölməməli?!” kitabı xəstəliklərin səbəb olduğu ölüm riskinin qarşısını təkcə pəhrizin köməyi ilə almağın və ya bu riski azaltmağın elmi-innovativ dəlillərini təqdim edir. Məsələ burasındadır ki, həkimlərin çoxu xəstəliklərin kəskin formalarını yaxşı müalicə edir, xroniki xəstəliklər barədə xəbərdarlıq etməyi isə o qədər də yaxşı bacarmırlar.
Erkən ölümlərin ürək-damar xəstəlikləri, xərçəng, diabet, Parkinson xəstəliyi, yüksək qan təzyiqi və digərləri kimi 15 əsas səbəbi hər il 1,6 milyon amerikalının həyatını itirməsinə gətirib çıxarır. Doktor Qregerin ciddi elmi dəlillərə əsaslanan məsləhətlərinə əməl etməklə siz bu xəstəliklərin qarşısını almağa və ya onları müalicə etməyə, habelə daha çox yaşamağa kömək edən hansı qidaları yemək və həyat tərzini necə dəyişmək lazım olduğunu öyrənəcəksiniz. Sizin ailənizdə prostat xərçəngi xəstəsi varmı? Bir stəkan südə kətan toxumları əlavə edin, vəssalam... Sizdə yüksək qan təzyiqi var? Hibiskus (məkkəgülü) dəmləməsi təzyiqi salan istənilən dərmandan dəfələrlə faydalıdır... Qaraciyər problemindən əziyyət çəkirsiniz? Qəhvə kömək edər... Süd vəzisi xərçəngi ilə mübarizə aparırsınız? Soya bitkisi ömrünüzü uzadar... Sizi ürəyinizdəki problemlər narahat edir? Bitki mənşəli qidalara keçin...
Ölümə gətirib çıxaran 15 səbəbin qarşısını almaq üçün nələri yemək lazımdır? Doktor Qregerin bu suala cavab verən gündəlik qidalanma rasionu da kitaba daxil edilib. Bu qaydalara əməl etməklə uzun və sağlam yaşamaq olar.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
On və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar