Şükriyyə Taleyim

Məhsul kodu: 9769

  • 10 AZN
  • 8 AZN


Müəllif
Ülviyyə Tahir
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
264
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Aljir, SLON, Sibir...

Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, müha­cirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular.

Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapı­sı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittiham­larla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qar­şı­sı­na sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övla­dından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.

Zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirəcəkmi? Roman knyaz qızı Şükriyyənin – Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasından bəhs edir. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır.

Yazıçı Ülviyyə Tahir bu dəfə də tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab - 2 AZN
İki-yeddi kitab - hər kitaba görə 1 AZN
On və ya daha çox kitab - hər kitaba görə 0.5 AZN

Rəy bildirin

Oxşar kitablar